...

2010-cu ildə Azərbaycanda vergi daxilolmaları 4,4 faiz artıb – nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2011 14:23 (UTC +04:00)
2010-cu ildə Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları 4,294 milyard manat təşkil edib ki, bu da inişilki yığımları 4,4 faiz və ya 180,6 milyon manat ötür. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı vergilər nazirinin birinci müavini Natiq Əmirov ötən ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.
2010-cu ildə Azərbaycanda vergi daxilolmaları 4,4 faiz artıb – nazir müavini

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir N.İsmayılova/

2010-cu ildə Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları 4,294 milyard manat təşkil edib ki, bu da inişilki yığımları 4,4 faiz və ya 180,6 milyon manat ötür. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı vergilər nazirinin birinci müavini Natiq Əmirov ötən ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

"Vergi daxilolmalarının 63,3 faizi və ya 2,717 milyard manatı özəl sektorun hesabına təmin edilib. Bu, 2009-cu ildəkindən 324,9 milyon manat və ya 13,6 faiz çoxdur", - nazir müavini bildirib.

Vergilər nazirinin müavini Sahir Məmmədxanovun sözlərinə görə, qeyr-neft sektorunda vergi yığımları 2,359 milyard manat təşkil edərək, 181 milyon manat artıb. 2006-cı ildə qeyri-neft sektorundan daxilolmalar 1,15 milyard manat təşkil edib.

"Ölkə regionlarının iqtisadi inkişafı vergi daxilolmalarının səviyyəsinə müsbət təsir göstərir. 2006-cı ilin yekunları üzrə regionlarda yığımlar 86,8 milyon manat təşkil edirdisə, 2008-ci ildə bu, artıq 312 milyon manat (bu onunla əlaqədardır ki, neftin orta qiyməti bir barel üçün 105 dollar təşkil edərək, ən yüksək həddə çatıb), 2009-cu ildə 302 milyon manat olub. 2010-cu ildə vergi köçürmələri 344 milyon manat səviyyəsində olub", - Məmmədxanov bildirib.

Xəbər lenti

Xəbər lenti