...

Azərbaycan Dövlət Gömrük Komitəsi 2011-ci il üzrə tədbirlər planını təsdiqləyib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2011 15:19 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2011-ci il üzrə tədbirlər planını təsdiqləyib. Həmin plan çərçivəsində gömrük nəzarətinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və müasir texnologiyaların tətbiqi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu barədə DGK sədrinin müavini Rza Həsənəliyev şənbə günü komitənin gömrük işçilərinin peşə bayramı münasibətilə keçirilən geniş kollegiya iclasında bildirilib.
Azərbaycan Dövlət Gömrük Komitəsi 2011-ci il üzrə tədbirlər planını təsdiqləyib (FOTO)

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir N.İsmayılova /

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2011-ci il üzrə tədbirlər planını təsdiqləyib. Həmin plan çərçivəsində gömrük nəzarətinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və müasir texnologiyaların tətbiqi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu barədə DGK sədrinin müavini Rza Həsənəliyev şənbə günü komitənin gömrük işçilərinin peşə bayramı münasibətilə keçirilən geniş kollegiya iclasında bildirilib.

Gömrük xidməti yanvarın 30-da yaranmasının 19 illiyini qeyd edir.

"Tədbirlər planına gömrük sahəsində qanunvericilik bazasının təkmiklləşdiirlməsi, əhalinin müraciətlərinə vaxtında baxılması, gömrük nəzarətinin müasir tələblərə uyğunlaşdırılması, yüklər üzrə gömrük bəyannamələrinin doldurulması qaydalarının təkmilləşdirilməsi, maliyyə nəzarətinin gücləndirilməsi üzrə tədbirlər daxil edilib", -Həsənəliyev bildirib.

Onun sözlərinə görə, komitə həmçinin, gömrük sahəsində hüquq pozuntularına qarşı mübarizənin güclənduirilməsi və əməliyyat-axtarış tədbirlərinin effektivliyinin artırılması məqsədilə də tədbirlər həyata keçirəcək.

Həsənəliyev bu ilki tədbirlər sırasında gömrük sahəsində müasir informasiya texnologiyalarından istifadənin genişləndirilməsi, yeni informasiya-kommunikasiya infrastrukturunun yaradılması, vahid sənəd dövriyyəsi sisteminin tam tətbiqi, eləcə də kadr potensialının səviyyəsinin artırılması məqsədilə seminar və təlimlərin keçirilməsi, komitənin maddi-texniki bazasının təkmilləşdirilməsini xüsusi qeyd edib.

"Cari ildə Gömrük Komitəsi narkotik maddələrin qanunsuz dövriyyəsilə mübarizəni, gömrük nəzarətində beynəlxalq mübarizənin tətbiqini, müasir nəzarət-texniki vasitələrin tətbiqini gücləndirəcək, həmçinin beynəlxalq əlaqələrin genişləndirilməsi üzrə tədbirlər də nəzərdə tutulub", - o bildirib.

2011-ci ildə gömrük sahəsində informasiya-kommunikasiya texnologiyalarının inkişaf strategiyasının konsepsiyası hazırlanacaq və gömrük infrastrukturlarının beynəlxalq standartlara uyğun yenidənqurulması aparılacaq.

Xəbər lenti

Xəbər lenti