...

Azərbaycan Nəqliyyat Nazirliyi Bakıda Ziya Bünyadov prospektindəki yenidənqurma işləri çərçivəsində sökülən tikililərə görə kompensasiya ödəyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2011 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir E.İsmayılov/

Ziya Bünyadov prospektinin yenidən qurulması çərçivəsində inşaat işləri zonasına düşən tikililərin sahiblərinə kompensasiyalar ödəniləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" SC-nin rəhbəri Cavid Qurbanov bildirib.

"Yolun kənarında qanunsuz tikililər mövcuddur. İstənilən halda biz bütün tikililərin (qanuni və qanunsuz) sahiblərini kompensasiya ödəməklə köçürmək məcburiyyətindəyik", - o, deyib.

SC rəhbəri onu da qeyd edib ki, yolun (Ziya Bünyadov prospektinin) səkkiz və altızolaqlı yola çevrilməsi bu layihə çərçivəsində işlərin böyük həcmdə olacağını göstərir.

Bu layihə yolun uzunluğunun cəmi 9-10 kilometr təşkil etməsinə baxmayaraq, SC-nin ən iri layihələrindən biridir. Burada dörddən artıq yol qovşağı var. Həmçinin prospektdə dəyişdirilməsi lazım gələcək coxlu sayda kommunikasiyalar mövcuddur.

Xəbər lenti

Xəbər lenti