Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir Ü.İsmayılova/
2010-cu ildə Azərbaycanda 94 680 daşınmaz əmlak obyekti dövlət qeydiyyatından keçib ki, bu da 2009-cu ildəkindən 6,3 faiz çoxdur. Bu barədə çərşənbə axşamı Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən məlumat verilib.
2010-cu ildə 28 994 obyekt (2009-cu ildəkindən 1,9 faiz az) ilkin qeydiyyatdan keçib, 65 686 obyekt isə təkrar qeydiyyatdan (il ərzində 10,4 faiz artımla) keçib. İpoteka kreditləşməsinin sənədləşdirilməsi üzrə dövlət qeydiyyatından 20 517 daşınmaz əmlak obyekti keçib ki, bu da 2009-cu ilin göstəricisindən 41,1 faiz çoxdur.
Qeydiyyata alınan daşınmaz əmlak obyektlərinin bu sayından 38 615 obyekt mənzildir (özəlləşdirmə), 19 166 - fərdi ev və bağlar, 31101 - torpaq sahəsi, 2 688 - qeyri-yaşayış binası, 1 800 - qeyri-yaşayış sahəsi, 548 - əmlak kompleksi, 16 - çoxmərtəbəli yaşayış binası, 746 - çoxillik ştillikdir.
Qeydiyyata alınan 39 736 obyekt və ya 42 faiz paytaxtın payına düşür. Ən aşağı say - 1027 obyekt Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sabirabad Ərazi İdarəsinin payına düşür.
Daşınmaz əmlak obyektlərinin qeydiyyatı üzrə əməliyyatların böyük hissəsi Bakının Abşeron rayonunun (7566 əməliyyat), Sumqayıt (6601 əməliyyat), Gəncə (5101 əməliyyat) və Lənkəran şəhərlərinin (4508 əməliyyat) payına düşür.
2010-cu il ərzində 16 yenitikili qeydiyyata alınıb ki, onların onu Bakıda, altısı ölkənin regionlarındadır (Naftalan, Şəmkir, Ucar, Zərdab, Zaqatala və Mingəçevir rayonları). Onlardan 11-i ilk dəfə, beşi isə təkrar qeydiyyata alınıb.
Torpaq bazarı üzrə əməliyyatların əsas hissəsi - 5649 əməliyyat və ya bu rayon üzrə əməliyyatların ümumi sayının 78 faizi Abşeron rayonunda aparılıb. Torpaq bazarı üzrə əməliyyatların həcminə görə ikinci yeri Lənkəran rayonu tutur - 2159 əməliyyat və ya 64 faiz, Salyan rayonu - 1375 əməliyyat və ya 74 faiz, Masallı rayonu - 1271 əməliyyat və ya 81 faiz, Şəmkir rayonu - 1023 əməliyyat və ya 55 faiz, Xaçmaz rayhonu - 976 əməliyyat və ya 56 faiz, Astara rayonu - 736 əməliyyat və ya 72 faiz, Şəki şəhəri - 655 əməliyyat və ya 37 faiz, Şamaxı rayonu - 567 əməliyyat və ya 63 faiz, Şabran rayonu - 431 əməliyyat və ya 73 faiz.