...

"Bahar Energy Limited" zəruri məhsulların idxalı və təkrar ixracı zamanı vergidən azad edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2011 14:16 (UTC +04:00)
Azərbaycan hökuməti Xəzərin Azərbaycan sektorundakı "Bahar" və "Qum dəniz" yataqları blokunun PSA çərçivəsində işlənməsi üzrə podratçıları zəruri məhsulların idxalı və təkrar ixracı zamanı vergidən azad edib.
"Bahar Energy Limited" zəruri məhsulların idxalı və təkrar ixracı zamanı vergidən azad edilib

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycan hökuməti Xəzərin Azərbaycan sektorundakı "Bahar" və "Qum dəniz" yataqları blokunun PSA çərçivəsində işlənməsi üzrə podratçıları zəruri məhsulların idxalı və təkrar ixracı zamanı vergidən azad edib. Trend-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin çərşənbə günü dərc etdirdiyi "İxrac və idxal rüsumları və vergilər haqqında" Protokolun mətnində deyilir.

Protokola görə, hər bir podratçı, onun filialı, əməliyyat şirkəti yaxud subpodratçı, ya da onların nümayəndələri Azərbaycandan podratçı üçün vacib olan bütün avadanlıqları, nəqliyyat vasitələrini, ehtiyat hissələri, mal və materialları (qida məhsulları, alkoqol və tütün məmulatları istisna olmaqla) hansısa vergi ödəmədən idxal və ya təkrar ixrac etmək hüququna malikdir.

Bu zaman podratçı hətta əgər azərbaycanlı tədarükçünün müqaviləsinin qiyməti xarici tədarükçünün müqaviləsinin qiymətindən 10 faizdən çox olmamaq şərtilə artıq olsa belə, azərbaycanlı tədarükçülərə üstünlük verməlidir. Bir şərtlə ki, onların malları qiymət, keyfiyyət və əlverişlilik baxımından bütün münasibətlərdə rəqabətqabiliyyətli olsun.

Daşınma zamanı yükün qiyməti 100 min dollaradək təşkil edərsə, onda gömrük rüsumu 0,15 faizə, 100,001 mindən bir milyon dollaradək olarsa, 150 dollar və 100 mindən yuxarı həcmin 0,1 faizi, bir milyondan beş milyon dollaradək - 1050 dollar və 1 milyon dollardan yuxarı məbləğin 0,07 faizi, 5 milyondan 10 milyon dollaradək - 3850 dollar və 5 milyon dollardan artıq məbləğin 0,05 faizi, 10 milyon dollardan yuxarı məbləğ üçün isə 6350 dollar və 10 milyon dollardan yuxarı məbləğin 0,01 faizi ödənilməlidir.

Bir müddət əvvəl ARDNŞ "Bahar" və "Qum dəniz" yataqlarının daxil olduğu "Bahar Energy Limited" şirkəti ilə blok üzrə kəşfiyyat, bərpa, işlənmə və hasilat üzrə PSA tipli layihə imzalayıb. Müqavilə artıq Milli Məclisdə ratifikasiya olunub.

Xəbər lenti

Xəbər lenti