Azərbaycan, Bakı, 1 mart /Trend/
Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Bakıda dörd yeraltı piyada keçidinin tikintisi üçün podratçının müəyyənləşdirilməsi üzrə tender elan edib. Bu barədə çərşənbə axşamı SC-nin rəsmi mətbuatda yerləşdirilmiş məlumatında deyilir.
Tender iki lot üzrə aparılır. Birinci lot Azneft meydanında üç yeraltı piyada keçidinin tikintisini, ikinci lot isə Neftçilər prospekti ilə Sərdar Səfərov küçələrinin kəsişməsində piyada keçidinin inşasını nəzərdə tutur.
Hər bir lot üzrə tenderdə iştirakın dəyəri 2000 manatdır.
Tenderdə iştirak etmək istəyənlər ərizə və digər sənədləri bu il 11 aprel saat 17:00-dək təqdim etməlidirlər. Tender təklifləri 19 aprel saat 17:00-dək SC-yə təqdim olunmalıdır.
Tender təkliflərinin açılışı 20 aprel saat 12:00-da baş tutacaq.