...

Azərbaycan Nəqliyyat Nazirliyi bir sıra iri layihələrin həyata keçirilməsinə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2011 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Nəqliyyat Nazirliyi özəl sektorla əməkdaşlıq əsasında bir sıra iri layihələrin həyata keçirilməsini planlaşdırır. Bu barədə cümə axşamı nazirliyin baş məsləhətçisi Azər Əliyev bildirib.

Əliyev bu layihələr arasında uzunluğu 105 kilometr olan Quba-Şamaxı avtomobil yolunun tikintisi layihəsinin adını çəkib.

O deyib ki, yeni yol avtonəqliyyat vasitələrinə Rusiya sərhədi istiqamətində respublikanın mərkəzi rayonlarına çıxışa imkan verəcək.

Yolun tikintisi Şamaxı ilə Quba arasında məsafəni 150 kilometrdən çox qısaltmağa (hazırda bu məsafə 261 kilometrdir) imkan verəcək. Yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində ümumi uzunluğu 3,7 min metrə yaxın 24 körpünün tikintisi planlaşdırılır. Eləcə də uzunluğu 3,6 kilometr olan üç tunelin tikintisi nəzərdə tutulub.

Bir az əvvəl Koreyanın "Pyunghwa Engineering Consultants Ltd" şirkəti bu yolun tikintisi layihəsinin hazırlanmasını başa çatdırıb. Bu layihədə nazirliyin mövqeyi layihənin maliyyələşdirilməsinin aşağıdakı prinsipi üzrə variantına əsaslanır: yolu tikən tərəflər layihəyə özləri sərmayə qoyurlar, özləri onu layihələşdiririlər, tikir və istismara verirlər. Şirkət bütün xərclərini çıxardıqdan sonra öz mənfəət payını götürür və yoldan istifadə Azərbaycana verilir.

Eləcə də, Əliyevin sözlərinə görə, digər heç də az əhəmiyyətli olmayan layihə Bakı buxtası üzərindən 26,6 kilometrlik yeni körpünün tikintisidir. "Bu körpü paytaxtın mərkəzi hissəsinə avtonəqliyyatın axınının azalmasına imkan verəcək", - Əliyev qeyd edib.

Yeni asma körpü Bakı buxtasının iki sonunu (Bayıl və Zığ qəsəbələri) birləşdirəcək və Bakı şəhərində nəqliyyat infrastrukturunu yüklənmədən azad olmağa yardım edəcək. Körpünün tikintisi üzrə işlərin beş il ərzində başa çatacağı planlaşdırılır.

Əliyevin sözlərinə görə, Nəqliyyat Nazirliyi Bakı və Sumqayıt arasında dəmiryolunun tikintisi layihəsini də nəzərdən keçirir.

Xəbər lenti

Xəbər lenti