...

"Azercell Telekom" jurnalistlər üçün yeni "Mediacell" tarif paketini təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2011 16:55 (UTC +04:00)
"Azercell Telekom" jurnalistlər üçün yeni "Mediacell" tarif paketini təqdim edir
"Azercell Telekom" jurnalistlər üçün yeni "Mediacell" tarif paketini təqdim edir

Azərbaycan, Bakı, 4 mart /Trend/

" Azercell Telekom" MMC jurnalistlərin təşəbbüsünə cavab olaraq "Mediacell" tarif paketini istifadəyə verir. Martın 4-dən etibarən işə salınan bu şəbəkə daxilində abonentlər üçün çox sərfəli tariflər tətbiq edilir.

Bu tarif paketi Azərbaycan Respublikasında fəaliyyət göstərən və rəsmi qeydiyyatdan keçmiş qəzet, jurnal, televiziya, radio və internet nəşrlərində işləyən şəxslərə aiddir. "Mediacell" tarif paketi mobil telefondan çox istifadə edən təbəqələrdən biri - jurnalistlərin daha sərfəli danışmasına imkan yaradır. Onlar həm şəbəkəyə daxil olan abonentlərlə, həm də istənilən istiqamətdə etdikləri digər zənglərin qiymətində güzəşt əldə edirlər.

"Mediacell" şəbəkəsinə üzv olan jurnalistlər bu şəbəkəyə üzv olan həmkarlarına etdikləri zəngin 1 dəqiqəsi üçün 2 qəpik ödəyirlər. Eyni tarif "Mediacell" üzvlərinin "Bizklub" üzvlərinə zəngi üçün də keçərlidir. "Mediacell" şəbəkəsinə daxil olan abonentlər Azercell abonentləri ilə dəqiqəsi 7 qəpik tarifi ilə danışacaqlar.

"Mediacell" paketini seçən abonentlər şəbəkəxarici zənglərin 1 dəqiqəsi üçün 10 qəpik ödəyəcəklər. SMS-lər üçün isə (qısa nömrələrə və rouminq zamanı göndərilən SMS-lər istisna olmaqla) 3 qəpik, MMS isə 10 qəpik tarifi nəzərdə tutulub. Şəbəkəyə üzv olan media işçiləri hətta beynəlxalq zənglər üçün də endirimlər əldə edirlər. Bundan əlavə, abonentlərin "Əzizlərim" kampaniyasında iştirak edən nömrələrə zəngləri üçün də əlavə güzəştlər tətbiq edilir.

"Mediacell" paketinə qoşulmaq üçün KİV nümayəndələri iş yerindən arayış, jurnalist vəsiqəsi və şəxsiyyət vəsiqəsini müştəri xidmətlərinə təqdim etməlidirlər. Onlar öz nömrələrini yeni paketə keçirə bilərlər. Yalnız bu tarif paketinin istifadəçiləri üçün Azercell-dən Mediacell-ə qoşulmuş hər bir şəxsə bu tariflə pulsuz əlavə 1 yeni nömrə də veriləcək. Media işçiləri bu əlavə nömrəni istənilən şəxsə verib, onunla daha sərfəli qiymətlə danışmaq imkanı əldə edəcəklər. Hüquqi şəxslər isə "Mediacell" paketinə qoşulmaqla əlavə 3 pulsuz nömrə ala bilərlər.

Yeni "Mediacell" tarif paketi haqqında ətraflı məlumatı www.azercell.com saytından əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti