Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir Ü.İsmayılova/
"AtaSığorta" şirkətinin 2011-ci ilin 2 ayı ərzində topladığı sığorta haqları 916,8 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 589,2 min manat çoxdur. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.
Şirkətdən verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə aparılan ödənişlərin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 101,0 min manat artaraq 146,7 min manat təşkil edib.
İlin ilk iki ayı ərzində şirkətin ümumi gəlirləri 1,596 milyon manat, ümumi xərcləri 1,491 milyon manat olmaqla, xalis mənfəəti 0,105 milyon manat təşkil edib.
"AtaSığorta" ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Şirkət sığortanın 23 könüllü və 5 icbari növləri üzrə məhsullar təqdim edir. Səhmdarı "AtaHoldinq" ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 4,8 milyon manat təşkil edir.
Martın 10-na olan rəsmi məzənnə 0,7936 AZN/USD təşkil edir.