...

Azərbaycanda yeni avtobuslarda sərnişinlərə xidmət göstərən şəxslər işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2011 19:28 (UTC +04:00)
Nəqliyyat Nazirliyi Bakıya paytaxtda və regionlarda sərnişindaşıma sahəsində aparılan islahatların davamı olaraq 3 modeldə 52 ədəd iri və ortatutumlu avtobus gətirib.
Azərbaycanda yeni avtobuslarda sərnişinlərə xidmət göstərən şəxslər işləyəcək

Azərbaycan, Bakı, 11 mart /Trend/

Azərbaycan Nəqliyyat Nazirliyi Bakıya paytaxtda və regionlarda sərnişindaşıma sahəsində aparılan islahatların davamı olaraq 3 modeldə 52 ədəd iri və ortatutumlu avtobus gətirib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Nazirliyin gətirdiyi 25 (+14), 28 (+14) yerlik orta tutumda və 50 (+2) yerlik iri tutumda olan yeni TEMSA markalı avtobuslar Türkiyə istehsallıdır.

Yeni avtobusların əsasən rayonlararası sərnişindaşımada istifadəyə verilməsi nəzərdə tutulub. Hazırda Nəqliyyat Nazirliyi həmin avtobusların hansı xətt üzrə reysə buraxılacağını müəyyənləşdirir.

50 (+2) yerlik iritutumlu avtobuslarda sərnişinlərin rahatlığı üçün hər şərait var. Monitordan, kondisionerdən, lazımi mətbəx avadanlıqları-soyuducu, çay dəstindən əlavə, avtobuslarda ayaqyolu da quraşdırılıb. Bundan əlavə, yeni avtobuslarda təyyarələrdə olduğu kimi sərnişinlərə xidmət göstərən şəxslər də işləyəcək.

Xəbər lenti

Xəbər lenti