...

Azərbaycanın sığorta şirkəti "Meqa Sığorta" İpoteka Fondunun agenti olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2011 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın sığorta şirkəti "Meqa Sığorta"nın adı ipoteka kreditlərini sığorta etmək səlahiyyəti olan şirkətlərin siyahısına əlavə olunub. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

"Fondun 28 fevral 2011-ci il tarixli fərmanına əsasən, "Meqa Sığorta" AİF-in xətti ilə ipoteka kreditləri verilən zaman sığorta xidmətləri göstərən 17-ci sığorta şirkəti olub", - məlumatda deyilir.

"Meqa Sığorta" ASC yeni brend altında 1 oktyabr 2010-cu ildən fəaliyyətə başlayıb, 29 sığorta növü üzrə fəaliyyət göstərir. Onların dördü icbari sığorta növüdür. Şirkətin bu günə olan nizamnamə kapitalı 3,5 mln. manat təşkil edir. Əvvəllər "BE& G Sığorta" adlandırılıb.

Azərbaycan İpoteka Fondu (AİF) 2005-ci ilin sentyabrında Azərbaycan Prezidentinin fərmanı ilə dövlət təşkilatı qismində yaradılıb. Onun nizamnaməsi Prezidentin ayrıca fərmanı ilə 2005-ci ilin dekabrında təsdiq edilib. AİF-in əsas məqsədi Azərbaycan vətəndaşlarının uzunmüddətli maliyyələşdirmə vasitəsilə mənzillərlə təmin edilməsi üçün maliyyələşmə mexanizmlərinin yaradılmasından, eləcə də ipoteka kreditləşməsinə daxili və xarici investisiyaların cəlb edilməsindən ibarətdir.

Hazırda İpoteka Fondunun müvəkkil agentləri qismində 22 bank, 17 sığorta şirkəti və 11 qiymətləndirmə təşkilatı çıxış edir.

Martın 16-na olan rəsmi məzənnə 0,7933 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti