...

ATİB UBCCE-nin vitse-prezidenti seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2011 10:44 (UTC +04:00)
İstanbulda (Türkiyə) Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin (UBCCE) dördüncü ümumi toplantısı keçirilib.
ATİB UBCCE-nin vitse-prezidenti seçilib

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir Ü.İsmayılova/

İstanbulda (Türkiyə) Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin (UBCCE) dördüncü ümumi toplantısı keçirilib. Tədbirdə Azərbaycanı Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) idarə heyətinin sədri Rəşad Rəsullu təmsil edib. Trend-in məlumatına görə, bu barədə cümə günü ATİB-dən bildirilib.

İclasın gedişində qəbul olunan qərara görə, Yunanıstan 2011-2013-cü illərdə UBCCE-yə sədrliyi davam etdirəcək, ATİB vitse-prezident seçilib, digər vitse-prezident isə TISK (Türkiyə İşəgötürənləri Konfederasiyaları Assosiasiyası) olub.

UBCCE-nin ümumi toplantısı zamanı Montenegro və İrandan quruma yeni üzvlər seçilib. Beləliklə, UBCCE-nin dünyanın 20 ölkəsindən olan üzvlərinin sayı 26-ya çatıb. İclasda, həmçinin 2010-cu ilin fəaliyyət yekunları, eləcə də 2011-ci ilin fəaliyyət planı və büdcəsi də müzakirə olunub.

UBCCE Qara dəniz və Xəzər hövzələri ölkələrinin ticari-iqtisadi əlaqələrinin qurulması üçün ATİB-in təşəbbüsü ilə yaradılıb. Qurumun mənzil-qərargahı İstanbulda yerləşir. 2006-cı il noyabrın 27-də onun təsis Baş Assambleyası burada keçirilib. Bu təsis toplantısında Azərbaycan, Albaniya, Bosniya və Hersoqovina, Qazaxıstan, Makedoniya, Rumıniya, Serbiya və Türkiyə iştirak edib.

Xəbər lenti

Xəbər lenti