...

"Şərq tərəfdaşlığı" ölkələri sahibkarların təhsili sahəsində münasibətlərin inkişafına istiqamətləniblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2011 20:28 (UTC +04:00)
Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının ölkələri kiçik biznes üçün sahibkarlığın təlimi və ixtisasın artırılması sahəsində əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıblar.
"Şərq tərəfdaşlığı" ölkələri sahibkarların təhsili sahəsində münasibətlərin inkişafına istiqamətləniblər

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir N.İsmayılova/

Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının ölkələri kiçik biznes üçün sahibkarlığın təhsili və ixtisasın artırılması sahəsində əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıblar. Trend-in məlumatına görə, bu barədə ENPI informasiya mərkəzinin cümə günü yaydığı məlumatda deyilir.

Avropa Təhsil Fondunun (ETF) məlumatında deyildiyinə görə, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanın İqtisadi İnkişaf və Təhsil nazirliklərinin nümayəndələri mayın əvvəlinə qiymətləndirmə siyasətində istifadə ediləcək ilk indikatorların yığılmasına hazırlıq barədə razılığa gəliblər. Göstərcilər bütün həyat boyunca sahibkarlığın təhsili üçün tərəfdaşlıq, təcrübə mübadiləsi kimi məsələləri əhatə edir.

ETF-in siyasəti "Şərq tərəfdaşlığı" ölkələrində sahibkarlığın və sahibkarlıq bacarığının öyrədilməsi sahəsində işi dəstəkləyir.

Avropa Təhsil Fondu Avropa İttifaqının Aİ-nin tərəfdaş ölkələrində təhsil sisteminin və tədrisinin inkişafına kömək etmək məqsədilə yaradılan agentliyidir. İllik 18 milyon avroluq büdcə ilə fondun missiyası keçid iqtisadiyyatlara və inkişaf etməkdə olan ölkələrə Aİ-nin xarici münasibətlər siyasəti kontekstində təhsildə islahatlar, peşəkar hazırlıq və əmək bazarı sistemində öz insan kapitalından istifadə etməklə kömək etməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti