...

2010-cu ildə "Azərbaycan Sənaye Sığorta"nın aktivləri 15 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2011 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir A.Axundov/

2010-cu ildə fəaliyyətinin yekunları üzrə Azərbaycanın sığorta şirkəti "Azərbaycan Sənaye Sığorta" ASC-nin aktivləri ilin əvvəlindəki 8,683 milyon manata nisbətdə 15,4 faiz artaraq 10,021 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətin rəsmi mətbuatda dərc olunmuş balans hesabatında deyilir.

2010-cu ilin sonunda şirkətin uzunmüddətli aktivləri il ərzində 11,16 artaraq 0,5 milyon manat, qısamüddətli aktivləri isə 10,2 faizlik illik artımla 9,52 milyon manat təşkil edib.

Ötən il şirkətin depozit hesabları 3,93 milyon manat, hesablaşma hesabları isə 2,343 milyon manat olub.

2010-cu ildə "Azərbaycan Sənaye Sığorta" ASC-nin ödənilmiş nizamnamə kapitalı 4,8 milyon manat olduğu halda, 2009-cu ildə bu rəqəm 4 milyon manat olub. 2010-cu ildə şirkətin xalis mənfəəti 1,287 milyon manat təşkil edib.

Ötən il şirkətin məcmu kapitalı 2009-cu illə müqayisədə 21,77 faiz artaraq 6,112 milyon manat olub.

Şirkətin məcmu öhdəlikləri 6,69 faiz artaraq 3,909 milyon manat, ümumilikdə kapital və öhdəlikləri 15,4 faiz artaraq 10,021 milyon manat təşkil edib.

Ötən ilin yekunları üzrə şirkətin gəlirləri 7,918 milyon manat, o cümlədən sığorta üzrə 4,995 milyon manat, sığorta ödənişlərində təkrar sığortaçılarının payı üzrə 1,268 milyon manat, investisiya yatırımlarından gəlirləri isə 0,618 milyon manat təşkil edib.

2010-cu il ərzində şirkətin xərcləri 6,63 milyon manat, o cümlədən sığorta ödənişləri 1,676 milyon manat, təkrar sığorta ödənişləri 4,143 milyon manat, görülən işlərlə bağlı xərcləri 0,676 milyon manat olub.

2010-cu ildə şirkət 70,505 min manat mənfəət vergisi, 330,184 min manat mənbədən vergi ödəyib.

2010-cu ildə şirkətin sosial sığorta və təminat ayırmaları 81,497 min manat, digər öhdəliklər üzrə ödənişləri (0,3 faiz) - 14,598 min manat olub.

"Azərbaycan Sənaye Sığorta" 1997-ci ildə təsis edilib. Şirkət sığortanın dörd icbari, 27 könüllü növü üzrə xidmət göstərir. Şirkətin yanvar-noyabr ayının yekunları üzrə sığorta haqları 0,55 milyon manat ödəniş sayəsində 3,38 milyon manat təşkil edib.

Aprelin 1-nə olan rəsmi məzənnə 0,7926 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti