...

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi çərçivəsində işlər yaxın vaxtlarda davam etdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2011 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir E.İsmayılov/

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi çərçivəsində yolun bəzi hissələrində hava şəraiti ilə əlaqədar dayandırılan işlər yyaxın vaxtlarda bərpa ediləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə tikinti işləri demək olar, həm Gürcüstan, həm də Türkiyə ərazisində yerləşən bütün hissələrdə normal rejimdə davam edir. Lakin hava şəraiti üzündən onlar bəzi yerlərdə dayandırılmışdı.

"Yaxın günlərdə işlərin həmin yerlərdə davam etdiriləcəyi gözlənilir", - Əzməmmədov deyib.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol magistralının yeni 105 km-lik qolunun tikintisi də planlaşdırılır. Bunun 76 km-i Türkiyə, 29 km-i isə Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, nəqletmə gücünü ildə 15 milyon ton yükə çatdırmaq üçün Gürcüstanda Axalkalaki-Marabda-Tbilisi dəmir yolunun 183 kilometrlik hissəsi yenidən qurulacaq.

Axalkalakidə Gürcüstanda mövcud olan dəmiryol təkərlərinin Avropa standartlarına uyğun təkərlərlə əvəz edilməsi üzrə məntəqələrin tikilməsi də planlaşdırılır.

Bundan əvvəl Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun verdiyi məlumata görə, tikinti işlərinin 2012-ci ilin birinci yarısında başa çatdırılması planlaşdırılıb. Lakin layihənin həyata keçirilmə müddətinin razılaşdırılmasına baxmayaraq, tərəflər prosesin sürətləndirilməsi və işlərin böyük hissəsinin 2011-ci ilin sonunadək başa çatdırılması üzərində işləyirlər.

Dəhlizin yüksək buraxılış qabiliyyəti 17 milyon ton yük olacaq. İlkin mərhələdə bu göstərici 1 milyon sərnişin və 6,5 milyon ton yük təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti