...

Bakıda Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının II iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2011 17:23 (UTC +04:00)
Bakıda ticari, iqtisadi və texniki əməkdaşlıq üzrə Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının ikinci iclası keçiriləcək.
Bakıda Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının II iclası keçiriləcək

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir N.İsmayılova/

Çərşənbə axşamı Bakıda ticari, iqtisadi və texniki əməkdaşlıq üzrə Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının ikinci iclası keçiriləcək. Trend-in məlumatına görə, Bu barədə İqtisadi İnkişaf Nazirliyinin bazar ertəsi yaydığı məlumatda deyilir.

İclasda iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın cari səviyyəsi və perspektivləri müzakirə olunacaq.

Tədbir çərçivəsində Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İordaniyanın Sahibkarlığın İnkişafı Cəmiyyətinin (JEDCO) dəstəyi ilə iki ölkənin biznes cəmiyyətlərinin ikitərəfli görüşü keçiriləcək.

Xəbər lenti

Xəbər lenti