...

Azərbaycan idxal olunan avtomobillərin rəsmiləşdirilməsi üçün "bir pəncərə" tətbiq edir - Gömrük Komitəsinin sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2011 16:39 (UTC +04:00)
Azərbaycanda "bir pəncərə" prinsipinin tətbiqi ilə ölkəyə idxal olunan avtonəqliyyat vasitələrinin gömrükdə rəsmiləşdirilməsinin sadələşdirilməsi planlaşdırılır.
Azərbaycan idxal olunan avtomobillərin rəsmiləşdirilməsi üçün "bir pəncərə" tətbiq edir - Gömrük Komitəsinin sədri

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Azərbaycanda "bir pəncərə" prinsipinin tətbiqi ilə ölkəyə idxal olunan avtonəqliyyat vasitələrinin gömrükdə rəsmiləşdirilməsinin sadələşdirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev dünən Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin geniş iclasında bildirib. İclas 2011-ci ilin I rübündə respublikanın sosial-iqtisadi inkişafına həsr olunub.

"Hazırda müvafiq icra orqanları ilə birgə vahid mexanizm işlənib hazırlanır", - DGK rəhbəri bildirib.

Əliyevin sözlərinə görə, "bir pəncərə" vasitəsilə gömrük rəsmiləşdirilməsi, dövlət qeydiyyatının, uçotun aparılması, dövlət qeydiyyatı haqqında şəhadətnamənin və dövlət nişanının verilməsinin, eləcə də digər prosedurların aparılması planlaşdırılır.

Ölkənin gömrük-buraxılış məntəqələrində "bir pəncərə" prinsipinin tətbiqinə 2009-cu ildən başlanıb. Həmin dövrdən bu sahə müəyyən inkişaf mərhələsi keçib, hüquqi, təşkilati məsələlər üzrə tədbirlər görülüb, müvafiq dövlət strukturları ilə məlumatlandırma və tərəfdaşlıq əlaqələrinin yoluna qoyulması üzrə işin keyfiyyəti yüksəlib, yeni qaydaların tətbiqi prosesində genişmiqyaslı informasiya texnologiyalarından istifadəyə başlanıb.

"Bir pəncərə" prinsipinin tətbiqi ilə DGK nəzarət metodlarının effektivliyinə nail olub, texniki nəzarət vasitələrindən istifadə imkanları əhəmiyyətli dərəcədə yaxşılaşıb ki, bu da müvafiq yoxlamalara sərf olunan vaxta qənaət etməyə imkan verir. Avtonəqliyyat vasitələrinin qeydiyyatı üçün "bir pəncərə" prinsipinin tətbiqi bu tədbirlərin davamı olacaq.

Ümumilikdə, "bir pəncərə" prinsipinin tətbiqi müasir mərhələdə beynəlxalq təcrübədə ölkələr arasında mal dövriyyəsinin sürətlənməsinə və beynəlxalq ticarətin inkişafına kömək edən yeni qaydadır.

Xəbər lenti

Xəbər lenti