...

Xalq Bank regional filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2011 10:28 (UTC +04:00)

Aprel ayının 18-dən etibarən ASC "Xalq" Bankının İsmayıllı şəhərində filialı fəaliyyətə başlayır. "İsmayıllı" filialı Bankın sayca on birinci regional filialıdır.

Yeni filial əhaliyə və bölgədə fəaliyyət göstərən müəssisələrə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla tam spektr bank xidmətlərindən faydalanmaq imkanı verir.

Yeni filial İsmayıllı şəhəri, H.Əliyev prospekti, 97 ünvanda yerləşir . Тelefon: (178) 5 14 92 ; Faks : (178) 5 14 9 3 .

Qeyd edək ki, hazırda Xalq Bankın Bakıda və regionlarda 14 filialı və 2 şöbəsi müştərilərə xidmət göstərir. Filial şəbəkəsinin davamlı olaraq genişləndirən Bank ilin sonunadək daha bir neçə filialın açılmasını planlaşdırır.

Xəbər lenti

Xəbər lenti