...

Bakı Fond birjası FEAS-ın iclasında öz nailiyyətləri barədə danışacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2011 18:40 (UTC +04:00)
Mayın 5-6-da Makedoniyanın Ohrid şəhərində öz sıralarında 30 ölkəni təmsil edən 34 fond birjasını, post-ticarət təşkilatlarını və digər peşəkar bazar iştirakçılarını birləşdirən Avrasiya Fond Birjaları Federasiyasının (FEAS) İşçi və İcraçı komitələrinin növbəti toplantısı keçiriləcək.
Bakı Fond birjası FEAS-ın iclasında öz nailiyyətləri barədə danışacaq

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir N.İsmayılova/

Mayın 5-6-da Makedoniyanın Ohrid şəhərində öz sıralarında 30 ölkəni təmsil edən 34 fond birjasını, post-ticarət təşkilatlarını və digər peşəkar bazar iştirakçılarını birləşdirən Avrasiya Fond Birjaları Federasiyasının (FEAS) İşçi və İcraçı komitələrinin növbəti toplantısı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının (BFB) bazar ertəsi yaydığı məlumatda deyilir.

Toplantının gündəliyinə üzv təşkilatların ötən dövr ərzində federasiya daxilində həyata keçirdikləri fəaliyyətin nəticələrinin müzakirəsi, federasiyanın büdcəsinin və audit hesabatının təsdiqi, işçi qruplarının hesabatlarının dinlənilməsi və digər cari məsələlər daxildir.

Tədbirdə Bakı Fond Birjasını təşkilatın idarə heyətinin üzvü Emin Zeynalov təmsil edəcək. Səfərin məqsədi toplantıda iştirak etməklə yanaşı, BFB-nin əldə etdiyi son nailiyyətlər haqqında digər federasiya üzvlərinin məlumatlandırılması və onlarla mövcud ikitərəfli əlaqələrin daha da genişləndirilməsindən ibarətdir.

BFB 2001-ci ildən FEAS-ın tamhüquqlu üzvüdür və 2006-cı ildə federasiyanın İcraçı Komitəsinə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti