...

"Kapital Bank"dan "Beşi birində"

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2011 10:44 (UTC +04:00)
"Kapital Bank" "Beşi birində" adlı yeni kampaniyaya başlayıb. Bu kampaniya Bankın internet-bankinq xidmətindən istifadə edən müştərilərə hədiyyə qazandırır.
"Kapital Bank"dan "Beşi birində"

Azərbaycan, Bakı, 6 may /Trend/

"Kapital Bank" "Beşi birində" adlı yeni kampaniyaya başlayıb. Bu kampaniya Bankın internet-bankinq xidmətindən istifadə edən müştərilərə hədiyyə qazandırır.

Bir ay ərzində internet-bankinq xidməti vasitəsilə ümumi məbləği 200 manatdan az olmamaqla 5 ödəniş edən hər bir "Kapital Bank" müştərisinə bankın hədiyyəsi kimi, xidmət haqqı tutulmadan 2 illik VISA ELECTRON/MAESTRO ödəniş kartı bağışlanacaq.Müştəri növbəti ayda da ödənişləri eyni qaydada davam etdirərsə, bu dəfə 2 illik VISA CLASSIC/ MASTERCARD STANDARD ödəniş kartlarına sahib olacaq. Kampaniyanın müddəti iki aydır. Bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

"Kapital Bank" bu gün xarici ölkələrin nüfuzlu banklarında geniş müxbir hesabları şəbəkəsinə malikdir. Getdikcə inkişaf etdirilən beynəlxalq əlaqələr bank müştəriləri üçün geniş imkanlar açır.

"Əmanət Bank"ın hüquqi varisi olan "Kapital Bank" 137 illik fəaliyyət tarixinə malikdir. Beləliklə, "Kapital Bank" Azərbaycanda ən zəngin və davamlı tarixə malik, eləcə də respublikada filial şəbəkəsinə görə ən iri bankdır.

Xəbər lenti

Xəbər lenti