...

Bakıda su sayğaclarının quraşdırılması üçün pul tələb edən şəxslər aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2011 20:21 (UTC +04:00)
Xətai rayon Sukanal Sahəsinin əməkdaşları vətəndaşları aldadaraq mənzillərdə su sayğaclarının plomblarını sındıran və yeni sayğac təklif edən 3 nəfəri ifşa edərək polisə təhvil verib.
Bakıda su sayğaclarının quraşdırılması üçün pul tələb edən şəxslər aşkarlanıb

Azərbaycan, Bakı, 6 may /Trend/

Xətai rayon Sukanal Sahəsinin əməkdaşları vətəndaşları aldadaraq mənzillərdə su sayğaclarının plomblarını sındıran və yeni sayğac təklif edən 3 nəfəri ifşa edərək polisə təhvil verib. Trend-in məlumatına görə, bu barədə "Azərsu" ASC-nin cümə günü yaydığı məlumatda deyilir.

Mayın 5-də Xətai rayonu Məhsəti küçəsi 14, 16 və 18 ünvanlarında özlərini "Azərsu" ASC-nin əməkdaşları kimi təqdim edən 3 nəfər şəxs sayğaclara texniki baxış keçirmək adı altında abunəçiləri aldadaraq onlara məxsus sayğacların plomblarını sındırıblar. Daha sonra plombların bərpası və ya yeni sayğacın quraşdırılması müqabilində abunəçilərin hər birindən 30 manat tələb ediblər.

Hadisə barədə vətəndaşlardan biri Xətai Sukanal Sahəsinə gələrək baş verənləri qurumun rəhbərliyinə çatdırıb. Sahənin işçiləri dərhal həmin ünvanlara gondərilib və sayğaclara müdaxilə edən şəxslərdən biri - Sabirabad rayonunun Qasımbəyli kənd sakini Nicat Dadaşov iş başında saxlanılaraq idarəyə gətirilib. Bu barədə Xətai rayon 35-ci polis bölməsinə məlumat verilib. Polis əməkdaşları ilə birgə aparılan ilkin araşdırma zamanı həmin 3 nəfərin əvvəllər tender əsasında mənzillərdə su sayğacları quraşdırdığı məlum olub. Faktla bağlı 35-ci polis bölməsində araşdırmalar davam edir.

"Azərsu" ASC abunəçilərdən xahiş edir ki, sayğac quraşdırılması ilə bağlı onlara müraciət edən şəxslərdən müvafiq sənədlər (iş vəsiqəsi və ya şəxsiyyət vəsiqəsi) tələb etsinlər. Eyni zamanda, qeyri-qanuni ödəniş tələb edənlər barədə dərhal yerli sukanal sahələrinə və hüquq-mühafizə orqanlarına məlumat versinlər.

Rayon sukanal sahələrinin əlaqə telefonları:

Sabunçu Sukanal sahəsi 429-62-96

Suraxanı Sukanal sahəsi 477-73-12, 477-90-47

Xəzər Sukanal sahəsi 454-08-13, 554-95-37

Nizami Sukanal sahəsi 570-15-60, 375-59-34

Nəsimi Sukanal sahəsi 498-00-85, 498-00-89

Səbail Sukanal sahəsi 492-44-47, 492-07-34

Yasamal Sukanal sahəsi 432-64-74

Xətai Sukanal sahəsi 379-20-86, 372-00-20

Nərimanov Sukanal sahəsi 561-16-63, 562-48-74

Binəqədi Sukanal sahəsi 562-25-54, 562-89-63

Qaradağ Sukanal sahəsi 445-85-60, 445-07-27

Abşeron Sukanal İdarəsi 349-39-99, 342-12-57

Xəbər lenti

Xəbər lenti