...

DB Azərbaycanda həyat səviyyəsinin öyrənilməsi məqsədilə monitorinqə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2011 10:55 (UTC +04:00)
Dünya Bankı(DB) Azərbaycanda 7 minə yaxın ev təsərrüfatında keçirilən yeni monitorinqə start verib. Monitorinqin keçirilməsində məqsəd ölkədə həyat səviyyəsinin və sosial yardım proqramlarının yerinə yetirilməsilə bağlı vəziyyətin öyrənilməsidir.
DB Azərbaycanda həyat səviyyəsinin öyrənilməsi məqsədilə monitorinqə başlayıb

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir A.Axundov/

Dünya Bankı (DB) Azərbaycanda 7 minə yaxın ev təsərrüfatında keçirilən yeni monitorinqə start verib. Monitorinqin keçirilməsində məqsəd ölkədə həyat səviyyəsinin və sosial yardım proqramlarının yerinə yetirilməsilə bağlı vəziyyətin öyrənilməsidir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nazir Füzuli Ələkbərovun iştirakı ilə keçirilən və nazirlikdəki struktur dəyişikliklərinin nəticələrinə həsr olunan iclasında deyilib.

Nazir iclasın yekunları üzrə gələn ildən bütün ölkədə özünüdəstək layihələrinin yerinə yetirilməsinə başlamağa hazırlığın sürətləndirilməsinə dair tapşırıq verib. Həmin layihələr çərçivəsində ölkənin bir sıra rayonlarında pilot layihələr, eləcə də nazirliyin tabeçiliyindəki və təmirə ehtiyacı olan sosial obyektlərin əsaslı təmiri həyata keçirilir.

Bundan başqa, nazir yetkinlik yaşına çatmamış uşaqların sosial reabilitasiyasına diqqətin artırılması, DB-nin yeni monitorinqinin aparılmasına lazımi dəstəyin göstərilməsi, əhalinin görülən tədbirlər barədə daha geniş məlumatlandırılması üçün təbliğat strategiyasının hazırlanmasına dair tapşırıq verib.

"Özünüdəstək" layihəsi ünvanlı sosial yardımlar (ÜSY) üzrə yeni proqram çərçivəsində reallaşdırılır. Birinci pilot layihə Tovuz rayonunun Vahidli kəndində başlanılıb. 1150 nəfər əhalinin və 325 ev təsərürfatının daxil olduğu bu kənd rayon mərkəzindən 12 kilometr aralıda və Ermənistanla sərhədin beş kilometrliyində yerləşir.

2011-ci ilərzində analoji pilot işlər Masallı, İsmayıllı və Quba rayonlarında həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti