...

Azərbaycan hökuməti neftdən 5 milyard manatadək əlavə gəlir gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2011 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir A.Axundov/

2011-ci ildə Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan bir barel xammal neft üçün qiymətin 60 dollardan 80 dollaradək artması nəticəsində təxminən 5 milyard manatadək əlavə daxilolma gözlənilir.

Hesablama Palatasının "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanun layihəsinə dair rəyinə əsasən, ölkənin dövlət büdcəsinə 770 milyon manat, Dövlət Neft Fondundan 3500-4000 milyon manat məbləğində əlavə vəsaitlərin daxilol olması gözlənilir.

"2011-ci ilin yanvar-aprelində dünya bazarında bir barel neft üçün qiymətlərin 100 dollar səviyyəsindən yüksək müəyyənləşdirilməsi ilin sonuna ölkə iqtisadiyyatının əsas makroiqtisadi göstəricilərinin daha da artacağından və büdcənin gəlir hissəsinin lazımi vəsaitlər hesabına təmini barədə danışmağa imkan verir", - rəydə deyilir.

Sənədə əsasən, Dövlət Neft Fondunun əsas məqsədinə nail olunacaq. Onun məqsədi ilin sonuna valyuta ehtiyatlarının fond tərəfindən bütün transfertlər edildikdən sonra 30 milyard dollar səviyyəsində saxlanılmasından ibarətdir. 2011-ci ildə ARDNF-in dövlət büdcəsinə transfertləri bu il üçün təsdiq edilən proqnozla müqayisədə 41,7 faiz (2,7 milyard manat) artaraq və dövlət büdcəsinin təklif olunan gəlirlərinin 59 faizini təşkil edərək 9,18 milyard manat səviyyəsində gözlənilir.

Bazar ertəsi Milli Məclisin İqtisadi siyasət komitəsi "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanun layihəsini parlamentin müzakirəsinə tövsiyə edib.

Qanun layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov deyib ki, dünya neft bazarının konyunkturası əlverişli olaraq qalır. Bunun nəticəsində Azərbaycan neftinin bir barelinin qiyməti artıq kifayət qədər uzun müddətdir ki, 2011-ci ildə dövlət büdcəsində nəzərdə tutulanı 80 faizdən çox üstələyir.

"Bunun nəticəsində 2011-ci ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondunun əlavə gəlirləri 976,4 milyon manat təşkil edib. Bu, əvvəllər 193,5 milyon manat proqnozlaşdırılmışdı. Buna uyğun olaraq, əlavə gəlirlər 1,1 milyard manat olub. Dünya neft bazarlarında müsbət konyunkturanı nəzərə alaraq, dövlət büdcəsində 2011-ci il üçün təsdiq edilən fərqin hesabına Neft Fonduna əlavə daxilolmalar gözlənilir", - Şərifov qeyd edib.

Maliyyə Nazirliyinin qiymətləndirmələrinə görə, Azərbaycanın 2011-ci il üçün dövlət büdcəsində nəzərdə tutulan neftin baza qiymətinin 60 dollardan 80 dollaradək artması Dövlət Neft Fondunun 3684 milyon maant səviyyəsində əlavə gəlirlərini təmin edəcək.

Mayın 23-nə olan rəsmi məzənnə 0,79 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti