...

Azərbaycan Maliyyə Nazirliyi sığorta brokerini lisenziyadan məhrum edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2011 18:54 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti "AON Azəri Sığorta və Təkrar Sığorta Broker Şirkəti" MMC-yə verilən lisenziyanı ləğv edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Sığorta Nəzarəti Xidmətinin cümə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycan Maliyyə Nazirliyi sığorta brokerini lisenziyadan məhrum edib

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti "AON Azəri Sığorta və Təkrar Sığorta Broker Şirkəti" MMC-yə verilən lisenziyanı ləğv edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Sığorta Nəzarəti Xidmətinin cümə axşamı yaydığı məlumatda deyilir.

Məlumata əsasən, "AON Azəri Sığorta və Təkrar Sığorta Broker Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırda "Şərq-Qərb Sığorta Brokeri" MMC) lisenziyasının fəaliyyətinin dayandırılmasına əsas verən halların aradan qaldırılmasını müəyyən olunmuş müddətdə təmin etməməsi olub. Ötən ilin noyabrında Dövlət Sığorta Nəzarəti Xidməti bu şirkətin lisenziyasının qüvvədə olmasını dayandırmışdı.

Azərbaycan Maliyyə Nazirliyinin 24 may tarixli əmrinə əsasən, lisenziya ləğv edilib.

"AON Azəri Sığorta və Təkrar Sığorta Broker Şirkəti" MMC Azərbaycanda dövlət qeydiyyatından 1998-ci ilin iyununda keçib. 2008-ci ilin avqustunda şirkət sığorta brokeri fəaliyyəti üçün lisenziaysını yeniləndirib.

Bu şirkətin lisenziyası ləğv edildikdən sonra ölkədə 5 broker şirkəti (o cümlədən 4-ü xarici kapitalın iştirakı ilə) fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti