...

AXA MBASK-ın boulinq üzrə kuboku öz sahibini tapıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2011 13:11 (UTC +04:00)

Azərbaycan , Bakı , 6 iyun /Trend/

Ötən bazar günü Bakı Əyləncə Mərkəzində (BƏM) AXA MBASK sığorta şirkətinin boulinq üzrə Kubokunun X illik turniri baş tudub. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Yarışmada 60-a yaxın komanda, o cümlədən KİV-i, bankları, xarici və yerli şirkətləri təmsil edən komandalar iştirak edirdi.

Turnir Bakı Əyləncə Mərkəzində keçirilirdi və 4 turdan ibarət idi. Səkkiz saat sürən fasiləsiz mübarizə nəticəsində birinci yerə, finalda iki partiyada ən çox xal toplayaraq, "AKABE İnşaat" şirkətinin komandası çıxdı. Daha sonra final protokolunda, - "Rövşən Oğuz MMC" və Unibank komandaları yerləşmişlər.

Turnirin qalibləri, yarışmanın sponsorları olan AXA MBASK, Bolşoy Prazdnik və BİSMAK şirkətləri tərəfindən qiymətli hədiyələr əldə etdilər.

Turnirin hamıdan çox xal toplamış ən yaxşı oyunçusu, AKABE İnşaat komandasının oyunçusu, Unibank-dan 1000 AZN aldı.

Qeyd etmək lazımdır ki, AXA MBASK-ın Kuboku uğrunda boulinq üzrə illik turnir müştərilərin loyallığının artırılması proqramı çərçivəsində keçirilir və ildən ilə bu yarış respublikada daha da populyar olur.

Hər halda, iştirakçılar, Kütləvi İnformasiya Vasitələri və sponsorlar tərəfindən artan maraq belə güman etməyə əsas verir ki, "AXA MBASK Kuboku" artıq AXA MBASK müştəriləri, işgüzar tərəf-müqabilləri və sadəcə dostları arasında boulinq üzrə ümumşəhər birinciliyi xarakteri almışdır.

Maliyyə müdafiəsi sahəsində dünya lideri olan AXA Group dünyanın 57 ölkəsində, o cümlədən daha çox Avropa, Şimali Amerika, Yaxın Şərq və Asiya-Sakit okean bölgələrində fəaliyyət göstərir.

Bu gün 90 milyard avroluq gəlirlə və 3,5 milyard avroluq mənfəətlə AXA Group dünyanın ən iri sığorta şirkətlərinin reytinq cədvəlində birinci yerdə olub maliyyə yatırımlarının sığortası sahəsində öncüllərdən biridir. 2011-ci ilin əvvəlində qrupun işçi sayı 210 mindən artıq, müştərilərinin isə bütün dünyadakı sayı 96 milyon təşkil edirdi. Nüfuzlu AM Best maliyyə agentliyinin məlumatına əsasən 2009-cu ilin yekunlarına görə AXA xalis mükafatların həcminə görə dünyanın bir nömrəli sığortaçısı olmuşdur.

Xəbər lenti

Xəbər lenti