...

Texnikabank "Forex" xidmətini təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2011 13:20 (UTC +04:00)
Azərbaycan bankı Texnikabank ASC "Forex" əməliyyatları üzrə xidmətini təqdim edib. Bu barədə çərşənbə axşamı bankın yaydığı məlumatda deyilir.
Texnikabank "Forex" xidmətini təqdim edib

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycan bankı Texnikabank ASC "Forex" əməliyyatları üzrə xidmətini təqdim edib. Bu barədə çərşənbə axşamı bankın yaydığı məlumatda deyilir.

"Bu xidmət müştərilərə Azərbaycanın hər yerindən beynəlxalq Forex bazarına qatılmaq, günlük ticarət dövriyyəsi 4 trilyon dollardan çox olan bu maliyyə bazarında ticarət etmək imkanı yaratmaqdadır", - məlumatda deyilir.

"Forex" bazarında ticarət fəaliyyəti Texnibank FX tərəfindən təqdim edilən ticarət terminalı vasitəsi ilə həyata keçirilir. İstifadəsi sadə olan ticarət terminalı zəngin texniki analiz imkanları, dərhal ticarət və gözləmə əmirləri, qaynar xəbərlər və başqa üstünlükləri ilə birja iştirakçılarının sərmayələrini idarə etməkdə ən yaxın tərəfdaşı olacaqdır", - məlumatda bildirilir.

Xəbər lenti

Xəbər lenti