Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir N.İsmayılova/
Azərbaycanın maliyyə naziri Samir Şərifov və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyasının yeni rəhbəri Maykl Qrin dünən keçirilən görüş çərçivəsində əməkdaşlığın səviyyəsini və perspektivlərini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə cümə günü Maliyyə Nazirliyinin saytında dərc olunmuş məlumatda deyilir.
Qrinin sözlərinə görə, cari ilin sonunadək USAID Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dəstək layihəsini həyata keçirməyə başlayacaq. Təşkilat habelə ölkənin səhiyyə sistemində yeni layihənin reallaşdırılması təklifi ilə də çıxış edib.
Maliyyə naziri Şərifov öz növbəsində, agentliklə birgə reallaşdırılan layihələri qənaətbəxş hesab edib. Onun fikrincə, bu, gələcəkdə əməkdaşlıq üçün əsas yaradır.