...

Bakıya sərnişin avtobuslarının yeni partiyası gətiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2011 14:15 (UTC +04:00)
Yaxın vaxtlarda Bakıya Cənubi Koreyanın DAEWOO şirkətinin istehsalı olan daha 200 sərnişin avtobusu gətiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.
Bakıya sərnişin avtobuslarının yeni partiyası gətiriləcək

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir E.İsmayılov/

Yaxın vaxtlarda Bakıya Cənubi Koreyanın DAEWOO şirkətinin istehsalı olan daha 200 sərnişin avtobusu gətiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

"Bundan əvvəl paytaxta yeni avtobuslar gətirilib, yaxın iki ayda isə Bakıya DAEWOO markalı avtobusların növbəti partiyası gətiriləcək", - Həsənov deyib.

Onun fikrincə, yeni avtobus partiyasının gətirilməsi ilə Bakıda sərnişin nəqliyyatındakı tələbat təmin olunacaq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-apreldə respublikaya 212 ədəd avtobus idxal olunub ki, bu da 2010-cu ilin analoji dövründəkindən 26,9 faiz azdır. Bu dövrdə 9,84 milyon dollara yaxın məbləğdə avtobus idxal olunub ki, bu da ötən ilin analoji göstəricisindən 34,2 faiz azdır.

Xəbər lenti

Xəbər lenti