...

AİB-in mütəxəssisləri yol layihələrini qiymətləndirmək üçün Azərbaycana gələcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2011 11:16 (UTC +04:00)
İyunun 20-də Asiya İnkişaf Bankının (AİB) nəqliyyat mütəxəssisi Reddy Bathula Balabhaskaranın rəhbərlik etdiyi missiya AİB-in maliyyələşdirdiyi Masallı-Astara yolunun tikintisinin hazırkı vəziyyətini qiymətləndirmək üçün Azərbaycana gələcək.
AİB-in mütəxəssisləri yol layihələrini qiymətləndirmək üçün Azərbaycana gələcəklər

Azərbaycan, Bakı, 17 iyun /Trend/

İyunun 20-də Asiya İnkişaf Bankının (AİB) nəqliyyat mütəxəssisi Reddy Bathula Balabhaskaranın rəhbərlik etdiyi missiya AİB-in maliyyələşdirdiyi Masallı-Astara yolunun tikintisinin hazırkı vəziyyətini qiymətləndirmək üçün Azərbaycana gələcək. Trend-in məlumatına görə, bu barədə AİB-in Bakı nümayəndəliyinin cümə günü yaydığı məlumatda deyilir.

Missiya layihənin maliyyələşdirilməsi məqsədi ilə yeni kreditin alınması üçün sənədləşmə işlərini də yekunlaşdıracaq. Səfər çərçivəsində missiya Nəqliyyat, Maliyyə nazirliklərinin rəsmiləri ilə və "Azəryolservis"in nümayəndələri ilə görüşəcək. Nümayəndə heyəti layihənin institusional, inzibati, təşkilati, texniki, ətaf mühit, sosial, iqtisadi və maliyyə tərəflərini nəzərdən keçirəcək.

İyunun 23-də isə layihələr üzrə aparıcı mütəxəssis Fərəc Hüseynbəyovun rəhbərliyi alltında missiya AİB tərəfindən maliyyələşən digər bir layihəni - Gəncə şəhəri yaxınlığından keçən dolama yolun tikintisini nəzərdən keçirəcək.

"Gəncə dolama yolunun tikintisinin zəif gedişatından çox narahatıq. 2012-ci ilin aprelində kredit bağlanılmalıdır. Ona görə də biz tikinti işlərinin 2011-ci ilin dekabrından əvvəl yekunlaşacağını gözləyirik. Layihəni icra edən heyətlə, müqaviləçilərlə və məsləhətçilərlə görüşüb dolama yolun tikintisinin sürətləndirilməsi üçün lazım olan addımları razılaşdıracağıq", - Hüseynbəyov bildirib.

AİB-lə Azərbaycan hökuməti arasındakı razılaşmaya əsasən, AİB Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə yaxınlığından keçən iki zolaqlı 39 kilometrlik yolun bərpası üçün 55,4 milyon ABŞ dolları ayırıb. Yol layihəsi paytaxt Bakını Gürcüstan sərhədi ilə birləşdirən şərq-qərb magistralının tərkib hissəsidir. Yol Azərbaycanın II kateqoriyalı yol standartlarına cavab verəcək. Yolun eni 7,5 metr olacaq.

"Azəryolservis" ASC ilə sifarişçilər arasında müqavilə 2008-ci il dekabrın 26-da imzalanıb. Tikinti işlərinə 2009-cu ilin avqustunda başlanılıb.

AİB-in missiyası inkişaf edən üzv ölkələrinə yoxsulluğu azaltmaqda kömək etmək, həyat şəraitini və həyat səviyyəsini yaxşılaşdırmaqdır. AİB kapitallaşdırılmış beynəlxalq bankdır və iqtisadi artım, davamlı inkişaf və regional inteqrasiya yolu ilə Asiyada və Sakit Okean hövzəsində yoxsulluğun azaldılmasına çalışır.

AİB 1966-cı ildə üzv dövlətlər tərəfindən Asiya İnkişaf Bankının Yaradılması haqda Sazişə uyğun olaraq təsis edilib. 2010-cu l dekabrın 31-nə olan məlumata görə AİB-in 67 üzvü vardır ki, bunlardn 48 Asiya və Sakit Okean hövzəsində yerləşir.

AİB Manilada, Filippində yerləşir və dünyanın müxtəlif yerlərində ofisləri var, o cümlədən də Şimali Amerikada (Vaşinqton), Avropada (Frankfurt) və Yaponiyada (Tokio).

Xəbər lenti

Xəbər lenti