...

"DəmirBank"da pul köçürmələri üzrə növbəti 16 müştəri lotereyada pul qazanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2011 12:36 (UTC +04:00)
"DəmirBank"ın pul köçürmələri üzrə uduş kampaniyasının 3-cü tirajında 16 qalib müştəri müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.
"DəmirBank"da pul köçürmələri üzrə növbəti 16 müştəri lotereyada pul qazanıb

Azərbaycan, Bakı, 21 iyun /Trend/

"DəmirBank"ın pul köçürmələri üzrə uduş kampaniyasının 3-cü tirajında 16 qalib müştəri müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Bu müştərilərdən 1 nəfər 1000 manat, 5 nəfər hər biri 200 manat və 10 nəfər hər biri 100 manat pul məbləği udub. Qaliblərin siyahısı Bankın İnternet saytında verilir. Bank həmçinin qaliblərə telefonla məlumat verir.

Pul köçürmələri üzrə uduş kampaniyası 6 ay davam edəcək. Kampaniyanın növbəti tirajı 15 iyul tarixində keçiriləcəkdir.

"DəmirBank"ın istənilən filialında "Western Union", "Coinstar", "Contact", "Blizko", "PrivatMoney", "Bıstraya Poçta", "Zolotaya Korona" və ya "Şimşək" sistemi ilə ən azı 300 manat, 300 ABŞ dolları, 300 avro və ya 9000 rus rublu məbləğində pul vəsaiti köçürən və ya alan müştərilər uduş kampaniyasında avtomatik iştirak edir. Ən azı qeyd edilən məbləğdə hər bir köçürmə əməliyyatı kampaniyada 1 şansa bərabərdir.

"DəmirBank"ın pul köçürmələri üzrə uduş kampaniyası çərçivəsində 48 müştəri artıq pul mükafatı qazanıb. Uduş kampaniyası ilə yanaşı DəmirBank tərəfindən digər aksiyalar da keçirilir. Bankın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur. Bu kampaniyalar müştəri məmnuniyyətinin artmasına xidmət edir" - deyə Bankın İdarə Heyətinin Sədr Müavini Yusif Cabbarov bildirib.

Hazırda DəmirBank-ın 31 filial və şöbəsi fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 18-i isə ölkənin Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

DəmirBank-ın pul köçürmələri üzrə keçirdiyi Uduş kampaniyası və aksiyaları barədə www.demirbank.az saytında və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti