...

Azərbaycanın lizinq şirkəti istiqrazlarının 3-cü emissiyasını qeydiyyatdan keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2011 17:22 (UTC +04:00)
Azərbaycanın lizinq şirkəti "Unileasing" ümumi məbləği 5 milyon manat olan faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının emissiya prospektini qeydiyyatdan keçirib.
Azərbaycanın lizinq şirkəti istiqrazlarının 3-cü emissiyasını qeydiyyatdan keçirib

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Azərbaycanın lizinq şirkəti "Unileasing" ümumi məbləği 5 milyon manat olan faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının emissiya prospektini qeydiyyatdan keçirib. Trend-in məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin cümə günü yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 5000 istiqraz buraxılıb. Qiymətli kağızların dövriyyə müddəti illik 9,5 faizlə və ödənilmə dövrü 180 gün olmaqla 360 gün təşkil edir. Yerləşdirmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edir.

Bu, lizinq şirkətinin say etibarilə 3-cü emissiyasıdır. Birinci emissiya mayda, ikincisi iyunun əvvəlində olub.

"Unileasing" lizinq şirkətinin təsis olunmasına dair qərar 2004-cü il fevralın 24-də "Unibank" kommersiya bankının Müşahidə Şurasının növbəti iclasında qəbul edilib. 2004-cü il iyunun 17-də "Unileasing" QSC rəsmən qeydiyyata alınıb.

Şirkətin fəaliyyətinin əsas istiqamətləri maliyyə lizinqi, tikinti texnikasının, avtomobil və digər nəqliyyat vasitələrinin, tibbi avadanlığın, daşınmaz əmlakın, sənaye avadanlığının lizinqi kimi növlərdir.

"Unileasing" QSC-nin təsisçiləri "Unibank" və AYİB-dir. Şirkətin nizamnamə fondu 1,8 milyon manat təşkil edir.

İyunun 24-nə olan rəsmi məzənnə 0,7871 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti