...

Azərbaycanın sosial müdafiə sistemi dünyada ən müasirlərdən biridir - ISSA-nın baş katibi

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2011 16:56 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondu (DSMF) son illər fəaliyyətində, xüsusilə də idarəetmə sahəsində qənaətbəxş uğurlar əldə edib.
Azərbaycanın sosial müdafiə sistemi dünyada ən müasirlərdən biridir - ISSA-nın baş katibi

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu (DSMF) son illər fəaliyyətində, xüsusilə də idarəetmə sahəsində qənaətbəxş uğurlar əldə edib. Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) baş katibi Hans Horst Konkolevski belə düşünür.

"DSMF öz sahəsində dünyada ən müasir təşkilatlardan biridir", - Trend-ə Konkolevski bildirib.

Onun sözlərinə görə, DSMF müasir və effektiv məlumat bazası yaradıb.

"Mən Fondun baş ofisində oldum və mənin orada gördüklərim ən yaxşılar sırasındadır. Sevindirici haldır ki, belə vəziyyət təkcə paytaxtda deyil, həm də DSMF-nin regional ofislərində də müşahidə edilir", - Konkolevski qeyd edib.

Onun sözlərinə görə, Bakıda ISSA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin açılması təşkilatın son illər Azərbaycanın sosial müdafiə sahəsində əldə etdiyinə müsbət münasibətin göstəricisidir.

Onun sözlərinə görə, bununla yanaşı, sosial təminat sahəsi daima inkişafa ehtiyac duyur.

"Sosial müdafiə üzrə təşkilatların sosial təminatlara ehtiyacı olan insan qrupları, göstərilən xidmətlərin siyahısının genişləndirilməsi və onların keyfiyyətinin yaxşılaşdırılması, istehsalatda bədbəxt hadisələrin tənzimlənməsi, ödənişlərin dədiqliyinin artırılması və digər məsələlərlə bağlı inkişafı üçün həmişə məkan var", - Konkolevski qeyd edib.

Çərşənbə axşamı DSMF-nin binasında ISSA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin açılışı olub.

Mərkəzin Azərbaycanda açılması ilə bağlı razılıq cari ilin martında Cevevrədə ISSA-nın Avropa şəbəkəsinin rəhbər komitəsinin iclasında əldə olunub.

İyunun 28-29-da Bakıda "Qloballaşma şəraitində əmək miqrantlarının sosial müdafiəsi" mövzusunda beynəlxalq texniki seminar keçirilir. Tədbir DSMF, Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA) və Beynəlxalq Pensiya və Sığorta Fondları Assosiasiyası tərəfindən təşkil edilib.

Xəbər lenti

Xəbər lenti