...

GUAM ölkələri Hüquqi statistika üzrə İşçi Alt Qrupun I iclasının yekunlarına dair protokol imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2011 15:48 (UTC +04:00)
Cümə günü Kiyevdə GUAM katibliyində gürcü rəhbərliyinin sədrliyi altında Hüquqi statistika üzrə İşçi Alt Qrupun I iclası keçirilib. Trendin məlumatına görə, bu barədə katibliyin şənbə günü yaydığı məlumatda deyilir.
GUAM ölkələri Hüquqi statistika üzrə İşçi Alt Qrupun I iclasının yekunlarına dair protokol imzalayıblar

Azərbaycan, Bakı, 2 iyul / Trend /
Cümə günü Kiyevdə GUAM katibliyində gürcü rəhbərliyinin sədrliyi altında Hüquqi statistika üzrə İşçi Alt Qrupun I iclası keçirilib. Trendin məlumatına görə, bu barədə katibliyin şənbə günü yaydığı məlumatda deyilir.
Nümayəndə heyətləri qrupun prioritet vəzifələrini və onun fəaliyyətinin praktiki məsələlərini müzakirə ediblər. Buraya GUAM-a üzv ölkələrdə cinayətkarlığın vəziyyəti haqqında ümumiləşdirilmiş məlumatların hazırlanması, onların gələcəkdə ümumikləşdirilməsi qaydaları və təhlili, digər məlumat-statistik materialların verilməsi daxildir.
Tərəflər GUAM ölkələrində statistik məlumatların yığımı və təqdim edilməsi prosesinə mövcud yanaşma, onların gələcəkdə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla optimallaşdırılması imkanları ilə bağlı fikir mübadiləsi aparıblar.
İslasın yekunları üzrə protokol imzalanıb.
Alt Qrupun növbəti iclasının oktyabrda keçirilməsi planlaşdırılır.
GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı ölkələri rəhbərlərinin sammiti zamanı yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, dörd ildən sonra isə çıxıb. 2006-cı ildə Kiyevdə bu formatın birinci sammitində GUAM-ın beynəlxalq təşkilat elan olunması və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM adlandırılması haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti