...

Xalq Bank Priority Pass kartlarını təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2011 16:00 (UTC +04:00)
Xalq Bank Priority Pass beynəlxalq servis kartlarının buraxılışına start verdi. Priority Pass çoxlu səyahət edən insanlara dünyanın hava limanlarında VİP gözləmə zallarına giriş imkanı verən ən böyük müstəqil proqramdır. Priority Pass kart sahibləri aviaşirkət və aviabiletin növündən asılı olmayaraq, həm isgüzar əlaqələr, həm də istirahət məqsədi ilə VİP zalların bütün üstünlüklərindən (telefon, İnternet, faks, iclas otaqları) istifadə edə bilərlər.

VİP zala giriş üçün Priority Pass kartını təqdim etmək kifayətdir. Priority Pass kartının sahibini müşaiət edən şəxslər də bu kartın vasitəsi ilə zala daxil ola bilərlər. VİP zala bir girişin dəyəri Priority Pass şirkəti tərəfindən 27 ABŞ dolları həddində müəyyən edilib.

Qeyd etmək lazımdır ki, Priority Pass kartını Xalq Bankda Visa/MC plastik kartı, Internet Bank, SMS məlumatlandırma və s. xidmətlərin daxil olduğu Gold, Business, Platinum təklif paketlərinin tərkibində əldə etmək olar.

VİP zallar və xidmətlər haqda daha ətraflı məlumat üçün Priority Pass şirkətinin www.prioritypass.com internet səhifəsinə, tarif paketləri haqda informasiya üçün Xalq Bankın www.xalqbank.az internet səhifəsinə müraciət edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti