...

"Texnikabank" İstanbul şəhərində nümayəndəliyini açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2011 11:41 (UTC +04:00)
"Texnikabank" ilk Azərbaycan bankı olaraq Türkiyənin İstanbul şəhərində öz nümayəndəliyini açıb.
"Texnikabank" İstanbul şəhərində nümayəndəliyini açıb

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Azərbaycanla Türkiyə arasında sıx qarşılıqlı əlaqələr, habelə ölkələr arasında geniş həcmdə mal dövriyyəsini nəzərə alaraq, "Texnikabank" ilk Azərbaycan bankı olaraq Türkiyənin İstanbul şəhərində öz nümayəndəliyini açıb və Gümüş suyu, İnönü Cad., № 24, Öməravni məhəlləsi, Bəyoğlu İstanbul ünvanında yerləşən inzibati binada artıq fəaliyyətə başlayıb. Bu barədə çərşənbə günü bankdan Trend-ə bildirilib.

Bankın Türkiyə nümayəndəliyinin açılması Türkiyə bankları ilə daha sıx əməkdaşlığın yaradılması və maliyyə əməliyyatlarının aparılması istiqamətində daha geniş imkanların əldə edilməsinə zəmin yaradır. Texnikabank artıq hər iki ölkənin, istər Azərbaycan, istərsə də Türkiyə bazarlarında fəaliyyət göstərən şirkətlərinə öz məhsullarını təklif edir və bütün növ bank xidmətləri göstərir.

Bankın strateji planında struktur bölmələrinin genişləndirilməsi prioritet hesab olunur. Belə ki, Türkiyə bazarı ilə yanaşı, daha iki ölkənin - Rusiya və BƏƏ-nin bank bazarına çıxmaq, müvafiq olaraq Moskva və Dubayda nümayəndəliyin açılması planlaşdırılır.

"Texnikabank" ASC 1993-cü ildə təsis olunub və hazırda ölkənin bank sektorunda əsas göstəricilərə görə ilk beşlikdə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti