Gürcüstan, Tbilisi, 6 iyul /Trend, müxbir N.Kirsxaliya/
Tbilisidə beynəlxalq tranzit tarifi haqqında müqavilə üzrə son saziş imzalanıb.
Sənəd beynəlxalq tranzit tarifi üzrə müqavilə iştirakçılarının 22-ci iclasının yekunları üzrə imzalanıb. Müqavilənin başlıca məqsədi tranzit tariflərinin yaxşılaşdırılması və müqavilənin təkmilləşdirilməsidir.
Trend-ə "Gürcüstan Dəmir Yolları" şirkətindən verilən məlumata görə, müqavilədə göstərilən tarifləri "Gürcüstan Dəmir Yolları" həm yerlərdə, həm də beynəlxalq daşımalarda baza qaydasında istifadə edir.
İclasda 13 ölkənin - Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ukrayna, Taciksitan, Moldova, Çexiya, Litva, Latviya və Estoniyanın nümayəndələri iştirak edib.
İclasa dəvət olunanlar statusunda iki müəssisənin - Dəmir Yolları Əməkdaşlığı Təşkilatına qoşulan STM və "Plaske"nin nümayəndələri iştirak edib.