...

2011-ci ildə əməkhaqların artımı büdcə təşkilatlarının 600 min işçisinə şamil ediləcək - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2011 12:55 (UTC +04:00)
2011-ci ildə Azərbaycanın büdcə təşkilatları işçilərinin əməkhaqlarının artırılması 600 mindən çox şəxsə şamil ediləcək.
2011-ci ildə əməkhaqların artımı büdcə təşkilatlarının 600 min işçisinə şamil ediləcək - nazir

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir A.Axundov/

2011-ci ildə Azərbaycanın büdcə təşkilatları işçilərinin əməkhaqlarının artırılması 600 mindən çox şəxsə şamil ediləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə maliyyə naziri Samir Şərifov bildirib.

"Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq, ölkədə büdcə təşkilatlarında çalışan şəxslərin əməkhaqları artırılacaq", - nazir deyib.

Onun sözlərinə görə, bu proses tədricən həyata keçiriləcək. Artıq Milli Elmlər Akademiyası işçilərinin, hərbi qulluqçuların əməkhaqları artırılıb. Bu istiqamətdə işlər davam etdiriləcək.

"Yalnız büdcə sahəsində 600 min nəfərin əməkhaqqısının artırılmasından söhbət gedə bilər", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti