...

IFC Azərbaycanda sığorta terminləri lüğətini təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2011 19:01 (UTC +04:00)
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda Maliyyə Nazirliyi və Sığortaçılar Assosiasiyası ilə birgə hazırlanmış sığorta terminləri lüğətini təqdim edib.
IFC Azərbaycanda sığorta terminləri lüğətini təqdim edib

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir N.İsmayılova/

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda Maliyyə Nazirliyi və Sığortaçılar Assosiasiyası ilə birgə hazırlanmış sığorta terminləri lüğətini təqdim edib. Bu barədə cümə axşamı IFC-nin məlumatında deyilir.

Lüğətə 100 sığorta termini daxildir.

2011-ci ilin iyununa olan məlumata görə, IFC Azərbaycan iqtisadiyyatına 343 milyon dollar sərmayə qoyub və sindikatlaşdırılmış kredit şəklində 104 milyon dollar vəsaitin cəlb edilməsinə yardım edib.

Dünya Bankı qrupuna daxil olan və öz fəaliyyətini inkişaf etməkdə olan və keçid iqtisadiyyatına malik ölkələrdəki özəl sektora cəmləşdirən IFC iri qlobal inkişaf institutudur. IFC insanların həyat şəraitinin yaradılmasına və yoxsulluğun aradan qaldırılmasına imkanlar yaradaraq şirkətlərə maliyyələşmə təqdim edir, məşğulluğun artmasına yardım edir, kapitalı səfərbər edir və davamlı inkişafı təmin etmək üçün məsləhət xidmətləri göstərir.

Qlobal iqtisadi qeyri-müəyyənlik dövründə 2010-cu maliyyə ili ərzində IFC-nin yeni investisiyalarının həcmi 18 milyard dollarlıq rekord səviyyəyə çatıb.

Xəbər lenti

Xəbər lenti