...

Kapital Bankdan yay güzəştləri davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2011 13:07 (UTC +04:00)
Yay mövsümündə istirahət səfərləri ilə bağlı ödəniş kartlarına xüsusilə böyük ehtiyac duyan müştərilərini düşünərək, Kapital Bank "Visa Gold" və "Visa Platinum" ödəmə kartları üzrə endirim kampaniyasını davam etdirir.
Kapital Bankdan yay güzəştləri davam edir

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Yay mövsümündə istirahət səfərləri ilə bağlı ödəniş kartlarına xüsusilə böyük ehtiyac duyan müştərilərini düşünərək, Kapital Bank "Visa Gold" və "Visa Platinum" ödəmə kartları üzrə endirim kampaniyasını davam etdirir.

Bankdan Trend-ə verilən məlumata görə, iyunun 1-dən başlanmış kampaniya dövründə Kapital Banka müraciət edən müştərilər bir illik "Visa Gold" və "Visa Platinum" kartlarını 50 faiz güzəştlə əldə edə bilirlər.

Bir illik "Visa Gold" kartlarına indi 80 manat əvəzinə cəmi 40 manat, bir illik "Visa Platinum" kartlarına görə isə 100 manat deyil, cəmi 50 manat ödəmək lazım gəlir.

Üstəlik, Kapital Bankın ödəniş kartlarından istifadəyə görə nə ilkin məbləğə, nə sığorta depozitinə, nə də hesabda minimal qalığın olmasına ehtiyac var.

Endirim kampaniyasından faydalanmaq istəyən hər kəs 196 nömrəsinə zəng etməklə bankın Müştəri Xidmətindən ətraflı məlumat ala və yaxud bankın internet səhifəsinə (www.kapitalbank.az) daxil olub, kartları onlayn sifariş edə bilər. Güzəşt kampaniyası yalnız istifadə müddəti bir il olan kartlara aiddir.

Kampaniya sentyabrın 1-də başa çatacaq.

İyulun 12-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti