...

"Başak-İnam Sığorta Şirkəti" 2011-ci ilin I yarısında 24,5 faiz artım əldə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2011 12:18 (UTC +04:00)
"Başak-İnam Sığorta Şirkəti" ASC 2011-ci ilin 6 ayının nəticələrinə görə, 1,474 milyon manat sığorta haqqı toplayıb, 0,65 milyon manat sığorta ödənişi həyata keçirib.
"Başak-İnam Sığorta Şirkəti" 2011-ci ilin I yarısında 24,5 faiz artım əldə edib

Azərbaycan, Bakı, 13 iyul /Trend/

"Başak-İnam Sığorta Şirkəti" ASC 2011-ci ilin 6 ayının nəticələrinə görə, 1,474 milyon manat sığorta haqqı toplayıb, 0,65 milyon manat sığorta ödənişi həyata keçirib.

ASC-dən Trend-ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta haqlarında 24,5%, sığorta ödənişlərində isə 47% arım olub.

Sığorta haqlarının artımı elektron cihaz sığortası (75%), şüşə sınması (39%), fərdi qəza və xəstəlik sığortası (82%), sağlamlıq sığortası (85%) və s. növlərdə olub.

Sığorta ödənişlərindəki artım isə kasko (1,5 dəfə), nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti sığortası (26 dəfə), şüşə sınması (42%), sağlamlıq sığortası (11%), fərdi qəza və xəstəlik sığortası (1,1 dəfə) üzrə verilmiş ödənişlər nətcəsində qeydə alınıb.

Ümumilikdə sığorta ödənişlərinin sığorta haqlarına nisbəti 46% təşkil edib.

"Başak-İnam Sığorta Şirkəti" ASC 9 avqust 1996-cı ildə Türkiyə tərəfdən "Başak Sığorta AŞ" və Azərbaycan tərəfdən 1994-cü ildə "Turanbank" ASC, "Aqrar-Kredit" SKT və fiziki şəxslərin təsis etdiyi "İNAM" təkrarsığorta şirkətinin ortaqlığı ilə "Azərbaycan-Türkiyə Sığorta və Təkrarsığorta" QSC adı ilə təsis edilib.

Sonradan bu ortaqlığa "AzərTürkBank" ASC-də qoşulub. 2006-ci ildən isə 111 il əvvəl Fransada yaradılmış, hazırda dünyanın 15 ölkəsində fəaliyyət göstərən, A+: Standard & Poor's reytinqli GROUPAMA SA "Başak Sığorta AŞ"ni almaqla şirkətin ortaqları siyahısına qatılıb. 2008-ci ildə qəbul edilmiş "Sığorta fəaliyyəti haqqında" qanuna əsasən 23 yanvar.2009-cu il tarixdən şirkət öz təşkilati-hüquqi formasını QSC-dən ASC-yə dəyişib. Hazırda "Başak-İnam Sığorta Şirkəti" ASC-nin ödənilmiş nizamnamə kapitalı 3 500 min manat təşkil edir. Şirkət dördü icbari olmaqla 29 sığorta növü üzrə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti