...

AZAL bütün kateqoriyalı sərnişinlər üçün güzəştli tariflər tətbiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2011 11:14 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC vətəndaşlığından asılı olmayaraq, bütün kateqoriyalı sərnişinlər üçün bir sıra daxili reyslər üzrə güzəştli tariflər tətbiq edib.
AZAL bütün kateqoriyalı sərnişinlər üçün güzəştli tariflər tətbiq edib

Azərbaycan, Bakı, 16 iyul /Trend/

"Azərbaycan Hava Yolları" QSC vətəndaşlığından asılı olmayaraq, bütün kateqoriyalı sərnişinlər üçün bir sıra daxili reyslər üzrə güzəştli tariflər tətbiq edib. Trend-in məlumatına görə, bu barədə QSC-nin şənbə günü yaydığı məlumatda deyilir.

Əvvəlcə bu tariflər yalnız Azərbaycan vətəndaşlarına aid idi.

2011-ci ilin Azərbaycanda "Turizm ili" elan edilməsi ilə əlaqədar, daxili turizmin, eləcə də sanatoriya və istirahət zonalarının inkişaf etdirilməsi məqsədilə milli aviadaşıyıcı öz daxili imkanları hesabına vətəndaşlığından asılı olmayaraq, bütün kateqoriyalı sərnişinlər üçün güzəştli tariflər tətbiq edib.

İyunun 15-dən dekabrın 31-dək Gəncə, Lənkəran və Zaqatala istiqamətlərində aviabiletlər aşağıda göstərilən tariflərə müvafiq olacaq:

Bakı-Gəncə/Gəncə-Bakı - 40 manat
Bakı-Lənkəran/Lənkəran-Bakı - 25 manat
Bakı-Zaqatala/Zaqatala-Bakı - 35 manat

Xəbər lenti

Xəbər lenti