...

2011-cu ildə Azərbaycanda yaşıl noxud yığımı uğurla başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2011 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Azərbaycan bazarında yeganə yerli yaşıl noxud istehsalçısı olan "Natural Green Land" müəssisəsi məhsul yığımını başa vurub. Bu barədə "Azərsun Holdinq"in yaydığı məlumatda deyilir.

"Bizim Tarla" yaşıl noxudları təbii keyfiyyəti ilə istehlakçıların tələbatını ödəyəcək. Bu münasibətlə "Bizim Tarla" marka heyəti tərəfindən "Həyat yaşıldır" adlı məlumatlandırma aksiyası keçirilib. Aksiyada yaşıl şarlar və məlumatlandırıcı lifletlər insanlara hədiyyə olunub. Aksiya maraqla qarşılanıb.

"Azərsun Holdinq" yaşıl noxudun əkilməsinə 2007-ci ilin dekabr ayından başlamyıb və hər il mərhələli əkin işləri həyata keçirib. İstehsalda istifadə edilən bütün avadanlıqlar da ən son texnoloji nailiyyətlərdən hesab edilir. Məhsulun istehsal olunduğu zavodun ərazisi 3600 m² sahəni əhatə edir. 2010-cu ildən etibarən yaşıl noxud əkin sahələri 2 dəfədən çox genişlənib. "Natural Green Land" konserv zavodunda istehsal prosesində 3 növbədən ibarət olmaqla 130 nəfər işçi çalışır və günə 70 ton yaşıl noxud istehsal olunur. Hazırda "Bizim Tarla" yaşıl noxud məhsulları həm daxili bazarda, həm də xarici ölkələrdə satılır.

Konservləşdirilmiş yaşıl noxudların faydası barədə

Konservləşdirilmiş yaşıl noxud olduqca xeyirli məhsuldur. O, yüngül və sadə məzə olmaqla yanaşı, müstəqil qarnir kimi suplar və salatlar üçün əlavədir. Alimlərin söylədiklərinə görə, noxudu insanlar hələ daş dövründə ikən istifadə edirdilər. Noxudun müxtəlif növləri həm qədim Yunanıstanda, həm də qədim Romada məşhur idi və onu həm sadə insanlar, həm də ali siniflərin nümayəndələri öz rasionlarına daxil edirdilər.

Şərqdə isə noxud bərəkətin simvolu idi. Almaniyada noxudu xüsusi olaraq sevirdilər (və indi də sevirlər). Noxudu xüsusi qidalandırma xüsusiyyətlərinə görə daim qiymətləndirirlər. Tərkibindəki zülalların miqdarına görə noxudun bütün paxlalı bitkilər kimi bərabəri yoxdur. Noxud dənəciklərindəki zülalların tərkibində olan amin turşuları (sistin, lizin, metionin, triptofan, və s.) ətdə olan zülalların tərkibi ilə oxşardır və hər bir dənəciyin 26-27%-ni təşkil edir. Bundan əlavə, noxudda çoxlu kraxmal, yağ, toxumalar, fermentlər, vitaminlər (A, C, B1, B2, PP), o cümlədən kalium, kalsium, fosfor və dəmir var. Noxud həmçinin son dövrlər təbii məhsullarda deyil, xarici bioəlavələrdə axtarılan fol turşuları ilə də zəngindir.

Noxudun digər xüsusiyyətlərindən biri də onda çoxlu miqdarda qida liflərinin olmasıdır. Məhz onlara görə noxud aşağı qlikemik indeksli (qida yüklənməsindən sonra qanda şəkərin səviyyəsinin qalxmasını göstərən əlamət) məhsullara aid edilir. Buna görə də yaşıl noxud şəkərli diabetdən və piylənmədən əziyyət çəkənlərə, qlükozaya tolerantlığı itirənlərə xeyirlidir.

Özünün ilkin yetkinlik vaxtında noxud xüsusilə yaxşıdır. Bəzi xeyirli maddələrin öz maksimumuna çatmasına baxmayaraq, bu məhsul pəhriz yeməyinin bütün tələblərinə cavab verir. Yaşıl noxudda həmçinin yağların mübadiləsini tənzimləyən lipotrop faktorların miqdarı yüksəkdir.

Dietoloqların məsləhətlərinə görə, ildə ən azı üç kiloqram yaşıl noxud yemək lazımdır. Amma noxudun (digər paxlalılar kimi) yeməkdə yalnız dənəciklərindən istifadə etmək məsləhət görülür.

Noxudun vasitəsilə həm də orqanizmi daxildən təmizləmək mümkündür. Yalnız mədə-bağırsaq sistemi deyil, eləcə də digər orqanlar nəzərdə tutulur. Noxud həm də baş-beyin toxumalarını qidalandıran, ateroskelerozu müalicə edən, maddələr mübadiləsini normallaşdıran və ateroskelerozla bağlı olan baş ağrılarını aradan qaldıran qlükotamin turşusu ilə də zəngindir. Üzdə olan və günəş yandırmasının ləkələrini aradan qaldırmaq üçün loğmanlar mümkün qədər çox yaşıl noxud yeməyi məsləhət görürlər.

Noxud nə qədər "cavan" olarsa, onun dietik adlandırılmaq fürsəti daha çox olar. Uzunmüddətli termo emala məruz qalan və mədə-bağırsaq yolunda uzun müddət qalan qurudulmuş noxuda nisbətən yaşıl noxud tez həzm olunur. Əgər "yaşlı noxud"un istifadə olunması zamanı bəzi əksgöstəricilər varsa, "cavan noxud" son dərəcə xeyirlidir.

Ən vacib mualicəvi faktorlardan biri də yaşıl noxudda PP vitamininin və nikotin turşusunun olmasıdır. Əgər orqanizmdə onlar çatışmırsa, onda insan tez yorulur, zəiflik hiss edir və yuxusuzluqdan əziyyət çəkir. Noxud həm də anemiya (onda olan dəmir "çalışır") və şəkərli diabetdə kömək edir. Hətta noxudun şişlərə qarşı effektiv olması bardə tədqiqatlar var. Noxud qanazlığı, öd kisəsi və qaraciyər xəstəliklərində xeyirlidir.

"Natural Green Land" fabriki Biləsuvar rayonunda cari il mövsümündə "Saville", "Bizim Tarla", "Bostan" markaları altında 2000 ton yaşıl noxud məhsullarının istehsalını nəzərdə tutub.

Xəbər lenti

Xəbər lenti