...

Azərbaycan bankı "DəmirBank"ın aktivləri 13 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2011 11:38 (UTC +04:00)
"DəmirBank"ın aktivləri 1 iyul 2011-ci il tarixinə 334,3 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 38,9 mln. manat və ya 13,2% çoxdur. Trend-in məlumatına görə, bu barədə bankın yaydığı məlumatda deyilir.
Azərbaycan bankı "DəmirBank"ın aktivləri 13 faiz artıb

Azərbaycan, Bakı, 25 iyul /Trend/

"DəmirBank"ın aktivləri 1 iyul 2011-ci il tarixinə 334,3 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 38,9 mln. manat və ya 13,2% çoxdur. Trend-in məlumatına görə, bu barədə bankın yaydığı məlumatda deyilir.

Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 35,8 mln. manat və ya 17,1% artaraq 244,4 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2011-ci il tarixinə 118,4 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 iyul 2011-ci il tarixinə 92,9 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 13,8% və ya 11,2 mln. manat çoxdur.

Bankın nizamnamə kapitalı 1 iyul 2011-ci il tarixinə 20 mln. manat, məcmu kapitalı isə 49,9 mln. manat olub.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

İyulun 25-nə rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti