Azərbaycan, Bakı, 25 iyul /Trend/
"DəmirBank"ın VISA plastik kartları üzrə uduş kampaniyasının ilk tirajı keçirilib. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.
Şərtlərə əsasən, VISA kartları ilə xaricdə əməliyyat edən DəmirBank-ın 4 müştərisi HP şirkətinin noutbuklarını və mininoutlarını qazanıblar.
Kampaniya 31 avqust 2011-ci il tarixinədək davam edəcək.
Xaricdə həyata keçirilən hər əməliyyat, bir şansa bərabərdir. Hər növbəti ayın 15-i tarixində 4 qalib müştəri müəyyən ediləcək. Misal üçün, iyul ayında DəmirBank-ın VISA kartı ilə xaricdə əməliyyat edən müştərilər 15 avqust tarixində, avqust ayında əməliyyat edənlər isə 15 sentyabr tarixində lotereyada qalib ola bilərlər.
Kampaniyanın ümumi uduşları 12 ədəd olmaqla, 6 ədəd HP Pavillion noutbukları və 6 ədəd HP Vivienne Tam mininoutlarından ibarətdir. Noutbuklar və mininoutlar HP şirkətinin tərəfdaşı 2DO Computers mağazasının 1 illik zəmanəti ilə təqdim olunur.
"DəmirBank-ın VISA kartları üzrə uduş kampaniyası 3 ay davam edəcək. Bununla yanaşı, DəmirBank "5 manata" və "Pulsuz" proqramlarını həyata keçirir. "5 manata" proqramı üzrə müştərilər yalnız 5 manat ödəməklə VISA Classic kartını əldə edə bilər. "Pulsuz" proqramına əsasən müştəri VISA kartlarını tam pulsuz əldə edə bilər, lakin bu halda kart hesabına ilkin mədaxil etməlidir. Bundan başqa, kart istifadəçilərimiz Azərbaycanda və xaricdə müxtəlif endirimlərdən və digər imkanlardan istifadə edə bilər. Bu kimi kampaniyalar və imkanlar müştəri məmnunluğunun yüksəlməsinə xidmət edir", - bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.
İyulun 25-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.