...

Azərbaycanın sığorta şirkəti "Azərqarant Sığorta" nizamnamə kapitalını 23 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2011 14:24 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Azərqarant Sığorta" ASC-nin 4,01 milyon manat məbləğində adi sənədsiz adlı səhmlərinin emissiya prospektini qeydə alıb. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin saytında dərc edilən məlumatda deyilir.
Azərbaycanın sığorta şirkəti "Azərqarant Sığorta" nizamnamə kapitalını 23 faiz artırır

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Azərqarant Sığorta" ASC-nin 4,01 milyon manat məbləğində adi sənədsiz adlı səhmlərinin emissiya prospektini qeydə alıb. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin saytında dərc edilən məlumatda deyilir.

Emissiyanın yerləşdirilməsi hər birinin nominal dəyəri 326 manat olan 10 000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya üsulu ilə aparılacaq.

Buna uyğun olaraq, şirkətin nizamnamə kapitalı 23 faiz - 3,26 milyon manatdan 4,01 milyon manatadək artacaq.

Ötən il ərzində "Azərqarant"ın kapitalı 20,7 faiz artıb.

"Azərqarant Sığorta" sığorta bazarında 1993-cü ildən fəaliyyət göstərir. Maliyyə nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, 2011-ci ilin birinci yarısının yekunlarına görə, şirkətin yığımları 0,57 milyon manat təşkil edib. Ödənişlər 0,08 milyon manat məbləğdə həyata keçirilib.

İyulun 28-nə olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti