...

Azərbaycan iri xarici sərmayədara çevrilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2011 12:54 (UTC +04:00)
Azərbaycan sahibkarları və şirkətləri investisiyaları başqa ölkələrə ixrac etməyə başlayıblar.
Azərbaycan iri xarici sərmayədara çevrilir

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycan sahibkarları və şirkətləri investisiyaları başqa ölkələrə ixrac etməyə başlayıblar. Trend-in məlumatına görə, bu barədə cümə günü iqtisadi inkişaf naziri Şahin Mustafayev "The Business Year-Azerbaijan 2011" jurnalının Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş xüsusi nömrəsinin təqdimatında deyib.

"Belə ki, Türkiyə iqtisadiyyatına artıq dörd milyarddan çox sərmayə yatırılıb və yaxın illərdə investisiyaların altı milyard dollaradək artırılması planlaşdırılır", - nazir deyib.

Onun sözlərinə görə, Gürcüstan iqtisadiyyatına investisiyalar bir milyarad dollara çatıb.

"Azərbaycanın Gürcüstan üçün nə dərəcədə mühüm sərmayədar olmasının parlaq göstəricisi Azərbaycan şirkətinin [ARDNŞ-nin Gürcüstandakı törəmə müəssisəsi] ilin ən iri sərmayədarı və veriödəyicisi olmasıdır", - Mustafayev bildirib.

Xəbər lenti

Xəbər lenti