...

Azərbaycanda İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2011 18:21 (UTC +04:00)
Avqustun 1-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bank (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) 3 milyon manat məbləğində faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
Azərbaycanda İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi elan edilib

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir N.İsmayılova/

Avqustun 1-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bank (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) 3 milyon manat məbləğində faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının cümə günü yaydığı məlumatda deyilir.

Məlumata görə, yerləşdirmə kütləvi təklif üsulu ilə keçiriləcək. İstiqrazlar hərraca 100,0500 dəyərlə çıxarılacaq.

İstiqrazların ödənmə tarixi 11 dekabr 2017-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.

Yerləşdirmə hər birinin nominal dəyəri 1000 manat olan 60 milyon manat həcmində qeydiyyata alınan faizli, sənədsiz, təmin olunmuş, adlı istiqrazların üçüncü emissiyasından aparılır. İstiqrazların gəlirliliyi üç faiz təşkil edir. Bu emissiyanın yerləşdirilməsinə yanvarın 17-dən başlanıb və bu günədək 44 milyon manatlıq istiqraz satılıb.

İpoteka kreditlərinə böyük tələbatın olduğunu nəzərə alaraq, hər bir hərracda istiqrazların alınmasına tələbat yerləşdirmənin həcmini dəfələrlə üstələyir. Adətən yerləşdirmənin həcmi 3 milyon manatla kifayətlənir.

İyulun 29-na olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti