...

Yeni "Hilton Bakı" mehmanxanası 25-ci mərtəbədən göz önündə canlanan mənzərələri nümayiş etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2011 11:55 (UTC +04:00)
Hazırda inşa edilməkdə olan "Hilton Bakı" elit mehmanxanası bu gün binanın 25-ci mərtəbəsində əsas müşahidə məntəqələrindən məftunedici mənzərələrə ilkin baxışın həyata keçirilməsini təklif edib.
Yeni "Hilton Bakı" mehmanxanası 25-ci mərtəbədən göz önündə canlanan mənzərələri nümayiş etdirir

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Hazırda inşa edilməkdə olan "Hilton Bakı" elit mehmanxanası bu gün binanın 25-ci mərtəbəsində əsas müşahidə məntəqələrindən məftunedici mənzərələrə ilkin baxışın həyata keçirilməsini təklif edib. Dörd fantastik imic toplusunu özündə ehtiva edən "Hilton Bakı" mehmanxanası Xəzər dənizi və Bakı şəhərinin ətraf landşaftı üzərində açılan mənzərələri seyr etməyi təklif edəcək.

"Hilton Bakı" mehmanxanasının arxitekturası bizə şəhərin və ətrafdakı sahil xəttinin möhtəşəm mənzərələrini mehmanxananın əsas xüsusi cəhəti və onun satış üçün iqtisadi baxımdan məqsədə müvafiqliyini göstərən nöqtə kimi nümayiş etdirməkdən ötrü gözəl imkan yaradıb. Bu heyrətamiz fona əsaslanaraq biz həqiqətən də nadir qonaqpərvərlik mühiti yaratmışıq. O mühit ki, obyektlərinin keyfiyyəti və müştərilərə təklif edilən xidmətlərin səviyyəsi ilə müqayisə olunacaq. Mehmanxananın açılışından öncəki son aylara qədəm qoyduğumuza görə mənim kollektivimin üzvləri və mən birinci qonaqlarımızı qarşılamaqdan və onlara "xoş gəlmisiniz" deməkdən çox böyük məmnunluq hissi duyuruq", - "Hilton Bakı" mehmanxanasının baş direktoru Manuel Avila deyib.

Təklif olunan gözəl mənzərələrdən faydalanan əsas şəxslər "Hilton Bakı" mehmanxanasının yüksəkkomfortlu elit spa mərkəzindən istifadə edən qonaqlar olacaqlar. "Hilton Bakı" mehmanxanasının 23-cü mərtəbəsində yerləşən möhtəşəm spa mərkəzi müstəsna müalicə və kosmetoloji terapiya kursları təklif edir. Mehmanxananın qonaqları və spa mərkəzinin üzvləri şəhər landşaftının və sahil xəttinin inanılmaz mənzərələrindən zövq alacaq, hovuz və idman zalı obyektlərindən məhdudiyyətsiz istifadə edə biləcəklər. Spa mərkəzi konsepsiya və dizayn baxımından ekstravaqant bir obyektdir, qonaqlar və üzvlərin gücünü bərpa etməsi və yorğunluğunu çıxarması üçün onları dünya səviyyəli istirahət və iş ilə təmin edəcək.

Eyni zamanda, fantastik mənzərələr "Hilton Bakı" mehmanxanasının diqqəti cəlb edən əlaməti olacaq. Mehmanxananın misilsiz qida və sərinləşdirici içki məhsulları sərgilənən mətbəxi qonaqların zövq alması üçün valehedici və möhtəşəm nahar təcrübəsinin bir hissəsi kimi teatr hissi yaradacaq. Restoran köməkçi nahar sahəsi kimi damda böyük terrasda yerləşir və sahil xəttinin görüntüsü oradan da göz önündə canlanır.

Buna əlavə, damda yerləşən '360' adlı bar axşam kokteyli ilə istirahət edib dincəlmək üçün əla yer olacaq. Fırlanan döşəmə əsas vasitə kimi xidmət göstərərək qonaqlara şəhərin və mehmanxananı əhatə edən Xəzər dənizinin panoram görüntülərini çətinlik çəkmədən 360 dərəcə bucaq altında seyr etmək imkanı yaradacaq. DJ-lər üçün avadanlıqlar yerləşən bu məkan musiqi və tədbirlərdən ötrü gözəl bir guşə olmaqla yanaşı, ətraf mühitə və fövqəladə gözəlliyə əlavə rəng qatacaq.

Biznes fəaliyyətində ən çox tanınan adlardan biri olan Hilton mehmanxanaları və kurortları mehmanxana sahəsində dəbli, uzaqgörən qlobal lider kimi qəbul olunur. Hilton dünyanın təntənəli açılış mərasimlərindən və Hollivud mükafatlarının təqdim olunması şənliklərindən tutmuş işgüzar tədbirlərə və xatirə günlərinə qədər tarix yaratdığı, müqavilələr bağladığı, xüsusi mərasimlərin şərəfinə badələr qaldırdığı və bütün bunlardan kənara çəkildiyi bir məkandır.

"Hilton Worldwide" şirkətinin aparıcı markası özünün irsən keçən innovasiyasına əsaslanmaqda davam edərək sabahın sağlam düşüncəli qlobal turistlərinin ehtiyaclarını ödəmək məqsədilə məhsullar və xidmətlər işləyib hazırlayır və şirkət kollektivinin 144 mindən çox üzvünün təcrübəsi formalaşır ki, bununla da hər bir qonaq özünün qayğı ilə əhatə olunduğunu, qiymətləndirildiyini və hörmət göstərildiyini hiss edir. Hazırda Hilton mehmanxanaları və kurortları portfelinə 78 ölkədə 540-dan çox mehmanxana daxildir və marka "mehmanxana" sözünün sinonimi olaraq qalır.

Hilton şirkətinə dair son xəbərlər www.hiltonglobalmediacenter.com saytından əldə edə və ya səyahətinizə www.hilton.com saytından başlaya bilərsiniz. Sosial şəbəkə istifadəçiləri www.twitter.com/hiltononline, www.facebook.com/hilton və www.youtube.com/hilton saytları vasitəsilə Hilton şirkəti ilə tanış ola bilərlər. Hilton mehmanxanaları və kurortları "Hilton Worldwide" şirkətinin bazarda liderlik edən 10 brendindən biridir.

"Hilton Worldwide" mehmanxana sənayesində qabaqcıl qlobal şirkətdir və müvəqqəti yaşayış sektorunu tam xidmət əsasında dəbdəbəli mehmanxanalar və kurortlar, uzun müddətə qalmaq üçün lüks nömrələr və ortaqiymətli hotellərlə təmin edir. "Hilton Worldwide" şirkəti 92 ildir ki, biznes və istirahət məqsədilə səyahətə çıxan şəxslərə ən gözəl mehmanxanalar, xidmətlər, istirahət zonaları və dəyər təklif edir. Şirkət özünün qlobal brendləri vasitəsilə qonaqlar üçün müstəsna təcrübələr təmin etmək ənənəsini davam etdirmək əzmindədir.

Şirkətin brendləri 84 ölkədə 3 750 mehmanxanadan və 615 min otaqdan ibarətdir və bunların sırasına Valdorf Astoriya mehmanxanaları və kurortları, Konrad mehmanxanaları və kurortları, Hilton mehmanxanaları və kurortları, "DoubleTree by Hilton", "Embassy Suites Hotels", "Hilton Garden Inn", Həmpton mehmanxanaları, "Homewood Suites by Hilton", "Home2 Suites by Hilton" və "Hilton Grand Vacations" hotelləri daxildir. Həmçinin, şirkət qonaqların mükafatlandırılması üçün dünya səviyyəli "Hilton HHonors®" adlı proqramını idarə edir. Daha ətraflı məlumatı şirkətin www.hiltonworldwide.com saytından əldə edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti