...

AİB 3 il ərzində Azərbaycana təxminən 1 milyard dollar ayıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2011 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir A.Bədəlova/

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının təsdiq etdiyi 2011-2013-cü illər üçün ölkədə əməliyyatlar üzrə biznes plan çərçivəsində bank kapital vəsaitlərindən 945 milyon dollar ayıracaq. Trend-in məlumatına görə, bu barədə bankın rəsmi saytında yerləşdirilən sənədin mətnində deyilir.

Biznes plana əsasən, 2011-ci il üçün maliyyələşdirmənin həcmi 340 milyon dollar, 2012-ci il üçün 355 milyon dollar, 2013-cü il üçün 250 milyon dollar məbləğində müəyyənləşdirilib.

Texniki yardımın həcmi 2 milyon dollar məbləğində nəzərdə tutulub.

Ölkədə əməliyyatların inkişafı üzrə biznes plan ilk növbədə infrastrukturun inkişafına yönəldiləcək. O, əlverişsiz iqlim dəyişikliklərinin və istixana qazlarının tullantılarının nəticələrinin azaldılması üzrə tədbirləri nəzərdə tutur. Prioritet sahələr nəqliyyat, energetika su təchizatı və kanalizasiya xidmətləridir.

"Nəqliyyat infrastukturunun yaxşılaşdırılması səmərəlilik və rəqabətqabiliyyətliliyi artıracaq, eləcə də Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq regionunda və ondan kənarda əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək", - AİB-in məruzəsində deyilir.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. 2010-cu ilin əvvəlinə bankın ölkə üzrə kredit portfeli 680 milyon dollar təşkil edib. Əməkdaşlıq dövründə AİB Azərbaycan hökumətinə və yerli şirkətlərə ümumi məbləği 13,122 milyon dollar həcmində qrantlar da ayırıb.

Xəbər lenti

Xəbər lenti