...

Azərbaycanda sağlamlıq üçün təhlükəli olan 210 kq dondurmanın məhv edilməsi barədə göstəriş verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2011 17:22 (UTC +04:00)
Antiinhisar Xidməti Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Əlibala Əlizadəyə məxsus dondurma istehsalı müəssisəsində aparılan yoxlama zamanı sağlamlıq üçün təhlükəli olan dondurmanın istehsal edilməsi faktını aşkarlayıb.
Azərbaycanda sağlamlıq üçün təhlükəli olan 210 kq dondurmanın məhv edilməsi barədə göstəriş verilib

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Əlibala Əlizadəyə məxsus dondurma istehsalı müəssisəsində aparılan yoxlama zamanı sağlamlıq üçün təhlükəli olan dondurmanın istehsal edilməsi faktını aşkarlayıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məluamtda deyilir.

Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən dondurmalarda yağın kütlə payının və quru maddələrin ümumi kütlə payının normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyalarının (stafilokok) olduğu aşkar edilib.

Aşkar edilən pozuntularla bağlı insan orqanizmi üçün təhlükəli 210 kq dondurmanın məhv edilməsi barədə göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti